Dişləri qorumaq üçün edilməməsi gərəkənlər
Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları deyəndə isə ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür. Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik. Hər gün doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində problemlərə yol açdığını düşünürlər.
Həmin xətalar hansılardır?
Diş fırçalarını uzun zaman istifadə etmək
Bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.
Dişləri lazım olduğu qədər fırçalamamaq - Fırçalamaya təxminən 1 dəqiqəyə yaxın zaman ayırmaq lazımdır. Fırçanı düzgün hərəkət etdirmək lazımdır.
Diş fırçası həm dişlər, həm də diş əti ilə təmasda olmalıdır. Ön, üst və alt dişlərin arxasını belə, fırçalamaq lazımdır. Fırçanı hər zaman 45 dərəcəlik bucaq altında tutmaq, qısa dairəvi hərəkətlər etdirmək lazımdır. Dişləri hər gün fərqli tərəfdən başlayıb fırçalamaq lazımdır. Bir dəfə sonda təmizlənən bölgəni növbəti dəfə birinci fırçalamaqla daha yaxşı təmizliyə nail olmaq olar.
Dişləri fırçalayandan sonra ağızı çox su ilə yaxalamaq - Fırçalayandan sonra ağızı bol su ilə yaxalamaq olmaz. Çünki belə edəndə diş məcununun tərkibində olan flor mənimsənilmir.
Diş fırçasını hamamda saxlamaq - Diş fırçasını hamam saxlamaq düzgün deyil. Fırça hamamdan kənarda, qapalı yerdə saxlanmalıdır. Böyüklərlə uşaqların diş fırçaları bir yerə qoyulmamalıdır.
Diş sapı istifadə etməmək - Hər gün diş sapı istifadə etməyi alışqanlıq halına gətirmək lazımdır. Diş fırçası təmas edə bilmədiyi yerlərdə, dişlərin arasında qalan qida qalıqları mütləq təmizlənməlidir.
Dili təmizləməmək - Dişlərlə yanaşı dilin üzəri də fırçalanmalıdır. Çünki dilin üzərində çoxlu sayda bakteriyalar toplanır. Dili təmizləmək həm də nəfəsdən pis qoxunun gəlməsinin qarşısını alır.
Sərt diş fırçası istifadə etmək - Bu, dişlərə, diş ətinə zərər verir. Yumşaq və ya orta sərtlikdə olan fırça seçmək lazımdır. Sərt fırça xüsusən soyuq qidalar, su qəbul edildiyi halda həssaslıq yaradaraq ağrıya səbəb olur.
Gündə iki dəfədən çox diş fırçalamaq - Dişləri gündə iki dəfədən çox fırçalamaq olmaz. Bəziləri dişlərini gündə 3-4 dəfə fırçalayır. Bu, düzgün deyil. İki dəfədən çox fırçalamaq diş ətinə ziyan verir, diş minasını aşındırır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır
Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub
30.08.2021 1188 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno
20.08.2021 1329 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439 Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ
11.08.2021 1542