Yaz aylarında yayılan infeksion xəstəliklər
Yazın gəlişi ilə xəstəliklərin sayı da artır. Həmin xəstəliklər sırasına daha çox qızılca və suçiçəyini aid etmək olar. Onların bu mövsümdə yayılmasının səbəbi isə yoluxucu olmasıdır. Əsasən 5-14 yaşlı uşaqlar arasında yayılan, yazın əvvəllərində daha çox müşahidə olunan suçiçəyi infeksion xəstəlikdir. Mövsümü olmasının səbəbi isə virusun Günəşin ultrabənövşəyi şüalarına davamsızlığıdır.
AZƏRTAC xəbər verir ki, həkim-pediatr Nigar Mirzəyeva deyib: "Suçiçəyinin ilkin əlamətləri virusa yoluxandan sonra ilk gün ümumi halsızlıq və temperaturun müşahidə olunası, ikinci və üçüncü gündən sonra isə uşaqlarda virusun özünəməxsus səpgilərinin əmələ gəlməsidir. Dəri səthindən qabarıq və içərisi maye ilə dolu səpgilər onun üçün çox xarakterikdir. Hətta saç tüklərinin arasında, qulağın içində, gözlərdə belə həmin səpgiləri müşahidə etmək olur. Adətən həmin dövrdə valideynlər uşaqların çimməyinə icazə verilib-verilməməsi barədə soruşurlar. Təbii ki, dəri səthini təmiz saxlamaq üçün çimmək olar, lakin sərt yuyunmaq, kisə və digər vasitələrdən istifadə etmək düzgün deyil".
Xəstəliyin yeganə mənbəyi insandır. Virus xəstə uşağın asqırması, öskürməsi, bir sözlə, hava-damcı yolu ilə ötürülür. Xəstə ilə təmasdan 14-22 gün sonra ilkin əlamətlər özünü büruzə verir.
Həmin mövsümdə suçiçəyindən sonra azyaşlılar arşında geniş yayılan infeksiyalardan biri də qızılcadır. Xəstəliyə 6 aya qədər körpələrdə nadir hallarda rast gəlinir. Virus özünü yoluxmadan 10 gün sonra göstərməyə başlayır. Qızılcaya yoluxan şəxs səpgilər başlamazdan əvvəlki 3-4 gün və sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Xəstə asqırdığı və ya öskürdüyü zaman virus ətrafa yayılır, havada və səthdə 2 saat müddətində qala bilir.
"İlk gün qızdırma, ümumi halsızlıq, iştahasızlıq və bununla yanaşı bütün bədənin səpməsi müşahidə olunur. Səpgilər suçiçəyindən fərqli olaraq qabarıq şəkildə olmur. Virus olduğuna görə həm suçiçəyi, həm də qızılcanın meningit, ensafelit və s. kimi ağırlaşmaları ola bilər. Qızılca da virus olduğuna görə ona yoluxduqda antibiotikdən istifadə edilməsi düzgün yanaşma deyil. Peyvənd etdirməklə uşaqları bu infeksiyadan qorumaq mümkündür", - deyə həkim-pediatr bildirib.
Suçiçəyi və qızılca xəstəliklərini keçirənlər bu infeksiyalara qarşı ömür boyu immunitet qazanırlar və bir daha ona yoluxmurlar. Lakin yoluxanların 20 faizində təkrar yoluxma halı baş verə bilər. Həmin viruslardan qoruyan yeganə etibarlı yol isə peyvənddir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 309 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 279 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
11.09.2026 2422 Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı
ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü
23.09.2026 236 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 518 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
06.09.2026 306 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 276 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14.09.2026 372 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415