Mebel sifarişi edərkən hansı kriteriyalara fikir verilməlidir?

Mebel sifarişi edərkən hansı kriteriyalara fikir verilməlidir?Mebellər sifarişi edərkən sizi düşünməyə məcbur edən məsələlərdən biri də keyfiyyətli mebel seçməkdir. Keyfiyyətli mebel dedikdə söhbət təkcə istifadə olunan məhsulun davamlılığından getmir. Keyfiyyət göstəricilərinə həm də xarici estetik görünüş, dizayn xətti, funksionallıq, mexanizm, davamlılıq, praktiklik və s. aiddir.
Həqiqətən də, qiymət və ölçüsündən asılı olmayaraq, mebellər evimizin ayrılmaz bir hissəsini təşkil edir. Evimizdəki mebellər arasında yumşaq mebel xüsusi önəm daşıyır. Həm rahat, həm görünüş cəhətdən gözəl, həm də büdcəmizə uyğun yumşaq mebel tapmaq o qədər də asan deyil.
Almaq istədiyiniz mebel uzun ömürlü olmalı, gözləntilərimizi qarşılamalıdır. Bu səbəbdən yumşaq mebel, yəni divan, kreslo haqqında əvvəlcədən az da olsa, informasiyanız olmalıdır. Görünüşü gözəl olan bir mebel narahat ola bilər və ya qiyməti büdcənizə uyğun gəlməyə bilər.
Yumşaq mebellərin istehsalında istifadə olunan materialların növü, birləşmə yerlərinin möhkəm olması, cilasının düzgün olması da mebeller sifarişi haqqında qərar verərkən əhəmiyyət verməli olduğunuz faktorlardandır. Qiymət, rahatlıq, funksionallıq, tutduğu sahə, dözümlülük müddəti, baxım xərcləri də nəzərə alınmalıdır.
Seçdiyiniz yumşaq mebellərin, divanların, kresloların estetik görünüşündən müəyyən qədər başa düşəcəksiniz ki, sizə təklif olunan mebel hansı sinif məhsullara aiddir. Bəzən divanlarda estetik görünüşü gözoxşayan olduqda mexanizmada sıxıntı olur, yaxud da həmin divanda, ümumiyyətlə, mexanizma istifadə olunmur. Az bir qism şirkətlər həm mexanizmanı, həm də estetik görünüşü eyni divanda birləşdiriblər.
Mebel sifarişi və mebel yığılması zamanı diqqətli olmaq mütləqdir. Çünki qeyri-peşəkarlar sizi aldada və sizə keyfiyyətsiz məhsul təqdim edə bilərlər. Mebel parçaları bir-biri ilə ahəngdar şəkildə birləşdirilməli və vahid bir ansambl yaratmalıdır. Bu gün müxtəlif mebel dəstləri tapa bilərsiniz. Adətən onlar hər hansı bir otaq üçün yaradılır: yataq otağı, mətbəx, iş otağı, uşaq otağı. Hər otaq üçün neçə mebel parçasına ehtiyacınız olduğunu və onları necə təşkil etməyi planlaşdırdığınıza əvvəlcədən qərar verin.
Mebelshop.az saytına daxil olduqdan sonra qarşınıza müxtəlif kateqoriyalar çıxacaq. Sizin rahat axtarış etməyiniz üçün saytda Ofis mebeli, Mətbəx mebeli, Yataq otağı mebeli, Ev mebelləri, Dolablar, Rəflər, Divanlar, Stol-stul, Vitrin mebeli adlı kateqoriyalar mövcuddur. Onlar arasında sizə lazım olan mebel növünü seçməklə tez bir zamanda istəyinizə çata bilərsiniz. Bundan əlavə, saytın axtarış yerində də almaq istədiyiniz mebel növünün adını yazacağınız halda, qarşınıza ən son elanlar çıxacaq. Bir sözlə, mebel sifarişi və mebel yığılması üçün başqa ünvan axtarmağa ehtiyac yoxdur. Mebelshop.az saytı vasitəsilə münasib qiymətə komfortlu mebellər sifariş etmək, həmçinin keyfiyyətli mebellər yığdırmaq imkanınız var!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1440   Tarix: 22 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.