Elməddinə nə olub? – "Vəəə, əəə, üü…"

Elməddinə nə olub? – "Vəəə, əəə, üü…""Bəzi layihələrdə iki yolda qaldım. Bu da mənim öz yalnışım idi. Çünki bir az Türkiyədə, bir az İranda işlədim, bəzi işləri gördüm, təcrübələrindən yararlanmaq istədim. Daha sonra netflix platforması ilə daha yaxından əməkdaşlıq qurdum. Netflixdə çəkilən ilk azərbaycanlı aktyor mən olmuşam. Zamanla dünyagörüşüm, yumora baxışım dəyişdi. Başladım bunu Azərbaycanda da tətbiq etməyə. Bir dəfə tətbiq etdim olmadı, ikinci dəfə tətbiq etdim olmadı, üçüncü dəfə tətbiq etdim yenə olmadı. Geriyə də qayıtmaq istəmirdim. Keyfiyyətli, düşündürücü yumoru edirsən, buna baxmırlar. Bizdə bu keçmir. Bu da bir az məndə psixoloji problemlər yaratdı. Öz-özümə fikirləşdim ki, necə yani? 1990-cı ildə nəyə gülürüksə, 2022-ci ildə də ona gülürük. Təəssüflər olsun ki, heç nə dəyişməyib. Müasir yumor bir az həvəsdən saldı məni. Özümə filmlərdə çəkilmə qadağası qoymuşam. Keyfiyyətli filmlərdə çəkilmək istəyirəm. "Vəəə, əəə, üü" edib, filmlərdə çəkilmək istəmirəm"

Bunu Moderator.az-a məşhur aktyor Elməddin Cəfərov bildirib. O, daha sonra əlavə edib.

"Uşaq olanda hansı sənətin sahibi olacağımı bilmirdim. Amma yuxularımda hər zaman o insan kütləsini görürdüm. Hiss edirdim ki, bu yol məşhurluğa uzanır. Düzdür, çox çətinliklər çəkmişəm, ən əsası rəbbim məni qiymətləndirib. Nəticə düşündüyümdən də çox oldu" deyə aktyor bildirib.

Elməddin Cəfərov hər zaman teatrda çalışan sənətkarlara böyük diqqət və qayğı ilə yanaşdığını bildirib.

"Universiteti bitirən gənc aktyorlar var. Onlar da teatrda işlə təmin olunmalıdırlar. Teatr rəhbərləri mütləq şəkildə praktika ilə o gəncləri də öyrətməlidir. Onları kim öyrədəcək?! Teatr rəhbərliyi öyrətməyəcək hərhalda. Onlar teatrın korifey sənətkarlarından sənət və həyat dərsi almalıdırlar. Teatrlarımızda barmaq sayı qədər böyük sənətkarlarımız var. Böyük sənətkarlarımıza da bu dəyəri verib, onları teatrda saxlamayacaqsınızsa başqa kimi saxlayacaqsınız?! Onlar çox qalmayıb. Sənətkarları teatrdan çıxararaq küsdürə bilmərik, onlar ömür boyu bizim üzümüzü güldürüblər. 5-10 nəfəri tetarda saxlamaq böyük problem olmamalıdır. Onun tərəfdarı ola bilərdim ki, qocaman aktyorların repertuar yükünü qismən azaldıb, yükü gənclərin çiyninə qoysunlar. Hər zaman sənətkarları layihələrimə dəvət edəndə deyirəm ki, imkan yaradın, biz sizinlə işləyək. Onları dəvət edəndə demirəm ki, gəlin bizimlə işləyin. Onlara küçədə salam verməyin özü mənim üçün böyük şərəfdir. İmkanım olsaydı bir teatr açıb, onlara rollar verərdim. Peşəkarlarla bir səhnəni paylaşanda özüm də peşəkarlaşıram" deyə aktyor bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1521   Tarix: 11 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23.09.2026 515
.

Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."

Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb. Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib. Münəvvər Əliyevanın sözlərinə görə

23.09.2026 524
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25.09.2026 366
.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 296
.

"Taşacak bu deniz"in aktrisası boşandı

Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb. Axşam.az xəbər verir ki, "Taşacak bu deniz" serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar. Təxminən 10 dəqiqə davam edən məhkəm

26.09.2026 264
.

Həyat yoldaşını bu sözlərlə təbrik etdi

Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. "Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütü

26.09.2026 285
.

"Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO

Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd

27.09.2026 272
.

Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı

Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə

16.09.2026 589
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 255
.