Azərbaycan öz milli maraqlarından geri çəkilmir

Azərbaycan öz milli maraqlarından geri çəkilmir"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi. Qurultayda verilən mesajların mərkəzində müstəqillik, milli maraqların qorunması, enerjipotensialı, hərbi güc, Qarabağ və Şərqi Zəngəzurun bərpası, ideoloji təhlükəsizlik və beynəlxalq münasibətlərdə Azərbaycanınmövqeyi dayanır. Dövlət başçımız Azərbaycanın xarici siyasətdəki prinsiplərinə diqqət çəkdi, bildirdi ki, "Azərbaycan heç bir ölkəyə qarşı ikiüzlülük və riyakarlıq nümayiş etdirməyib, amma təəssüf ki, "belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik". Rəsmi Bakının xarici siyasəti milli maraqlar və qarşılıqlı hörmət prinsipi üzərində qurulub. "Biz özümüzə hörmət edən insanlarıq, ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq" deyən dövlət başçısı onu da bəyan etdi ki, Azərbaycan öz xarici siyasətini hər hansı dövlətin mövqeyinə uyğunlaşdırmaq niyyətində deyil. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan müstəqil qərarvermə strategiyasını bundan sonra da davam etdirəcək".

Bu sözləri BiG.AZ-a açıqlamasında YAP üzvü Ələddin Bəşirov bildirib. O qeyd edib ki, cənab Prezidentin çıxışında enerji məsələsinə xüsusi yer verilməsi təsadüfi deyil:

"Azərbaycan müxtəlif enerji resurslarını istehsal və ixrac edən dövlətdir. Burada söhbət Azərbaycanın enerji sektorunun şaxələndirilməsindən gedir. Enerji resurslarının Azərbaycanın xarici siyasətində və geosiyasi mövqeyində yaratdığı imkanlar xüsusilə əhəmiyyətlidir. Dövlət başçımız dəfələrlə bəyan edib ki, "enerji təhlükəsizliyi - hər bir ölkənin milli təhlükəsizliyidir". Bu xüsusda rəsmi Bakı enerji resurslarından həm də regional enerji təhlükəsizliyinin iştirakçısı kimi də mövqeyini möhkəmləndirir. Qurultayda həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə diqqət yetirildi. Dövlət başçımızın da söylədiyi kimi, hazırda bu ərazilərdə 96 min insan yaşayır, işləyir və təhsil alır. Bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait yönəldildiyi, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdırıldığı qeyd edilir. Bu rəqəmlər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın, iqtisadi fəallığın və sosial infrastrukturun formalaşdırıldığının göstəricisidir. "Böyük Qayıdış" prosesi qarşıdakı illərin əsas prioritetlərindən biridir".

Müsahibimiz əlavə edib ki, Prezident İlham Əliyev həmçinin Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması fonunda hərbi gücün artırılması ilə bağlı da mesaj verdi:

"Əslində hərbi potensialın gücləndirilməsi hər bir ölkə üçün vacibdir. Görünən budur ki, Cənubi Qafqazda müharibənin başa çatması təhlükəsizlik məsələlərinin daha sağlam təməllər üzərində möhkəmlənməsini tələb edir. Dövlət başçısı həmçinin ideoloji məsələlərə də toxundu. İdeoloji məkanın yad ünsürlərdən və yad təsirlərdən azad olmasını həm daxili ideoloji siyasətlə, həm də xarici siyasət strategiyası ilə əlaqələndirdi. Burada vacib məqam yeni ideoloji fəaliyyət modelinə çağırışdır. Belə ki, mövcud yanaşmalar yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Xüsusilə rəqəmsal informasiya mühitinin genişləndiyi bir dövrdə bu, zamanın əsas tələbidir".

Ələddin Bəşirov vurğulayıb ki, dövlətlər üçün informasiya siyasəti, ictimai kommunikasiya və milli dəyərlərin qorunması artıq ənənəvi təbliğat üsullarından daha üstündür:

"Prezident Azərbaycanın beynəlxalq müstəvidə nüfuzundan danışarkən ölkəmizin "orta güc dövləti" kimi qiymətləndirildiyini də qeyd etdi. Bu da postmünaqişə dövrünün yeni reallıqlarının nəticəsidir. Dövlət başçısının mesajları bir daha göstərdi ki, Azərbaycan əldə edilmiş siyasi nəticələrin möhkəmləndirilməsi, iqtisadi və enerji imkanlarının genişləndirilməsi, təhlükəsizlik potensialının qorunması və Qarabağda yeni həyatın qurulması mərhələsindədir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 439   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

22:30 82
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 192
.

Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi

"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini

12:46 217
.

Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi

"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca

13:03 522
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 219
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 274
.

Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl

20:00 192
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

16:06 318
.

Uşaq qəzəbi zamanı valideynlər nə etməlidir? - Vacib TÖVSİYƏLƏR

Uşaqların qəfil qəzəblənməsi, yüksək səslə ağlaması və ya istədikləri olmayanda isterikaya düşməsi bir çox valideynin qarşılaşdığı vəziyyətdir. Belə anlarda böyüklər çox vaxt necə davranacaqlarını bilmirlər. Bəziləri uşağı cəzalandırmağa çalışır, digərləri isə sakitləşdirmək üçün onun bütün istəklərin

20:30 160
.