YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru"Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçün müəyyənləşdirilən hədəflər bir-biri ilə əlaqəli şəkildə təhlil olunur. Burada əsas məqam ondan ibarətdir ki, Zəfər Azərbaycanın tarixində mühüm bir səhifəni başlasa da, qarşıda daha böyük məsuliyyət və yeni vəzifələr dayanır. YAP-ın VIII qurultayının siyasi əhəmiyyəti də məhz bu məqamla bağlıdır".

Bu sözləri BiG.AZ-a açıqlamasında Pedaqogika üzrə fəlsəfə doktoru Gülər Baxışova bildirib. O qeyd edib ki, partiyanın yaradılmasının 34-cü ildönümünə yaxın dövrdə keçirilən qurultay müstəqil Azərbaycanın siyasi tarixinin müxtəlif mərhələlərinə nəzər salmaq, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin davamlılığını və yeni şəraitdə qarşıya çıxan çağırışları dəyərləndirmək baxımından xüsusi məna daşıyır:

"1992-ci ilin noyabrında Naxçıvanda, ölkənin ağır siyasi, iqtisadi və hərbi böhran yaşadığı bir vaxtda yaradılan Yeni Azərbaycan Partiyası həmin dövrdə cəmiyyətdə sabitlik və güclü dövlət idarəçiliyi tələbinin siyasi ifadəsinə çevrilmişdi. Azərbaycanın müstəqilliyinin təhlükə altında olduğu, torpaqlarımızın işğal edildiyi, daxili qarşıdurmanın dövlətçiliyi sarsıtdığı şəraitdə Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ölkənin gələcək inkişafında həlledici rol oynadı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmin strateji xəttin yeni dövrün tələblərinə uyğun davam etdirilməsi və zənginləşdirilməsi ilə xarakterizə olunur.
Ölkənin iqtisadi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və diplomatik imkanların genişləndirilməsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Bu prosesin ən mühüm nəticəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi oldu. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi uğur deyildi; o, onilliklər ərzində aparılmış dövlət quruculuğunun, iqtisadi güclənmənin, diplomatik fəaliyyətin və milli həmrəyliyin nəticəsi idi. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası isə bu tarixi prosesin mühüm yekun mərhələsini təşkil etdi. Prezidentin qurultaydakı çıxışında da vurğulanan əsas məsələlərdən biri budur ki, əldə olunmuş nəticələri qorumaq, yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq və dövlətin müdafiə qabiliyyətini daim gücləndirmək zəruridir".

Müsahibimizin sözlərinə görə, qurultayda səsləndirilən ən mühüm istiqamətlərdən biri də Böyük Qayıdış prosesidir:

"Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, çalışması və təhsil alması, bu ərazilərin bərpasına indiyədək 28 milyard manat vəsait ayrılması, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyasını göstərir. Ancaq Böyük Qayıdışın mahiyyəti yalnız evlərin tikilməsi, yolların çəkilməsi, elektrik və su təchizatının yaradılması ilə bitmir. Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtması, orada təhlükəsiz və ləyaqətli həyat qurması, məktəblərin, xəstəxanaların, iş yerlərinin və sosial xidmətlərin formalaşdırılması deməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcək inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Bu ərazilər ölkənin iqtisadi xəritəsinə yenidən inteqrasiya olunmalı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələrində potensial reallaşdırılmalıdır. Müasir şəhərsalma prinsipləri, ağıllı kənd və şəhər layihələri, yaşıl enerji imkanları həmin bölgələrin gələcək inkişaf modelini müəyyənləşdirən amillərdir. Ən başlıcası isə qayıdışın davamlı olması, insanların orada yalnız məskunlaşması deyil, öz gələcəklərini də qurmasıdır. Bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır: təhlükəsizlik olmadan inkişaf, iqtisadi dayanıqlıq olmadan sosial rifah, güclü dövlət institutları olmadan isə uzunmüddətli sabitlik mümkün deyil".

Gülər Baxışova əlavə edib ki, YAP-ın VIII qurultayında səsləndirilən fikirlər də Azərbaycanın qarşısında duran vəzifələrin məhz bu qarşılıqlı bağlılıq kontekstində dəyərləndirilməsini tələb edir:

"Partiyanın qarşısında duran məsuliyyət yalnız siyasi fəaliyyətlə məhdudlaşmır; cəmiyyətlə canlı əlaqə, insanların problemlərinin öyrənilməsi, dövlət siyasətinin mahiyyətinin izahı və ictimai təşəbbüslərin dəstəklənməsi də bu fəaliyyətin mühüm istiqamətləri olmalıdır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 91   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

02.10.2026 312
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

02.10.2026 228
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 179
.

Məscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...

Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi

02.10.2026 228
.

"Eşref" geri qayıdır - Amma təkdir

"Eşref Rüya" serialının "Eşref"i Çağatay Ulusoy yeni layihə ilə geri dönür. BİG.AZ xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda dijital platformada yayımlanacağını açıqlayıb. Şirkət layihəni "Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır"

02.10.2026 320
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 409
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 299
.

"Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər" - Video

"Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbayca

11:21 125
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 90
.