"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident
"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, bütün risklər hüdudlarımızın kənarında formalaşır: "Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək.
İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 515 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində
13:01 254 "Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
17:31 259 Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barəd
22:52 0 "Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
17:35 354 İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill
15:24 226 Anasının dəfninə getməməsinin səbəbini AÇIQLADI
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aprel ayında vəfat edən anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı şoumen anasının dəfninə getməməsinin səhhəti ilə deyil, uşaqlıq illərindən qalan incikliklərl
20:00 192 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:53 219 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 236 Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması
Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır
14:01 253