YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqəti cəlb edir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Bu baxımdan çıxış yalnız Yeni Azərbaycan Partiyasının qarşıdakı fəaliyyət istiqamətlərinə deyil, bütövlükdə Azərbaycanın dövlətçilik strategiyasına, milli maraqlarının qorunmasına və yeni geosiyasi reallıqlar şəraitində qarşıda duran vəzifələrə işıq salır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın tamamilə yeni ictimai-siyasi və geosiyasi reallıqda keçirilməsidir".

Bu sözləri BiG.AZ-a açıqlamasında BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru Təranə Tağıyeva bildirib. O qeyd edib ki, 2020-ci ildə əldə edilmiş Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə nəticələnən proseslər Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoyub:

"Beləliklə, uzun illər davam edən münaqişə artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz tarixi həllini tapıb. Bu nəticə həm dövlətin uzunmüddətli siyasətinin, həm diplomatik və siyasi fəaliyyətin, həm də Azərbaycan xalqının milli həmrəyliyinin mühüm nəticəsi kimi təqdim olunur. Prezident cənab İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın Zəfərə aparan yolunun ardıcıl dövlətçilik siyasəti ilə bağlılığıdır. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis olunması və Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi dönüş mərhələsi kimi qiymətləndirilir. Ulu Öndərin siyasi irsinin əsasını təşkil edən müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli maraqlara əsaslanan xarici siyasət prinsiplərinin sonrakı dövrdə davam etdirilməsi Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən birinə çevrilib.
Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri milli maraqlara əsaslanan müstəqil siyasət yürütməkdir. Ölkənin müxtəlif dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri mühüm yer tutur. Bu yanaşma Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın beynəlxalq platformalarda artan rolu da bu siyasətin nəticələrindən biri kimi qiymətləndirilir".

Müsahibimiz əlavə edib ki, ölkənin müxtəlif beynəlxalq formatlarda fəal iştirakı, çoxtərəfli əməkdaşlıq təşəbbüsləri, Türk dünyası, İslam dünyası, Mərkəzi Asiya və Avropa ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın diplomatik imkanlarının genişləndiyini göstərən mühüm amillərdir:

"Azərbaycanın beynəlxalq münasibətlərdə körpü rolunu oynaya biləcək imkanlara malik olması xüsusilə nəqliyyat, enerji və regional əməkdaşlıq layihələrində özünü göstərir. Enerji siyasəti Azərbaycanın geosiyasi əhəmiyyətini müəyyən edən başlıca amillərdən biri olaraq qalır. Azərbaycan uzun illər ərzində enerji resurslarının hasilatı və ixracı ilə yanaşı, enerji marşrutlarının şaxələndirilməsi və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində mühüm layihələr həyata keçirib. Neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya sənayesi və bərpaolunan enerji sahəsində potensialın inkişaf etdirilməsi Azərbaycanın enerji siyasətinin daha geniş məzmun kəsb etməsinə şərait yaradır. Enerji təhlükəsizliyinin milli təhlükəsizliklə birbaşa əlaqəli olduğu müasir dövrdə Azərbaycanın Avropanın və digər tərəfdaşların enerji təminatında oynadığı rol ölkənin beynəlxalq əhəmiyyətini artıran amillərdən biridir. Bununla paralel olaraq, Azərbaycanın yaşıl enerji potensialının inkişaf etdirilməsi, xüsusilə Xəzər regionunun bərpaolunan enerji imkanlarından istifadə edilməsi gələcək enerji strategiyasının mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində yaradılan infrastruktur Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit bağlantılarından birinə çevrilməsi üçün imkanlar yaradır. Tranzit yüklərin həcminin artırılması, logistika infrastrukturunun inkişaf etdirilməsi və gömrük prosedurlarının təkmilləşdirilməsi ölkənin qeyri-neft sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına əlavə imkanlar verə bilər".

Təranə Tağıyeva vurğulayıb ki, iqtisadi siyasət baxımından isə əsas hədəflərdən biri makroiqtisadi və maliyyə sabitliyinin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsidir:

"Xarici investisiyaların cəlb edilməsi Azərbaycanın iqtisadi potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə investisiya forumlarının keçirilməsi, beynəlxalq maliyyə və investisiya qurumları ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi imkanlarının beynəlxalq səviyyədə təqdim olunmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası isə Azərbaycanın qarşıdakı illərdə əsas strateji prioritetlərindən biri olaraq qalacaq. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, nəqliyyat və enerji sistemlərinin yaradılması, məktəb və səhiyyə obyektlərinin tikilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin olunması Böyük Qayıdış proqramının əsas istiqamətlərini təşkil edir. Bu proses yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi modelin formalaşdırılması, investisiyaların cəlb olunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, rəqəmsal və yaşıl texnologiyalardan istifadə həmin ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasını sürətləndirə bilər. Böyük Qayıdışın davam etdirilməsi həm sosial, həm iqtisadi, həm də demoqrafik baxımdan uzunmüddətli əhəmiyyət daşıyan dövlət layihəsidir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər bütövlükdə Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyulan vəzifələrin geniş siyasi mənzərəsini ortaya qoyur. Ərazi bütövlüyünün və suverenliyin bərpası tarixi mərhələnin yekunu olmaqla yanaşı, yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsidir. Qarşıdakı dövrdə əsas məsələ əldə edilmiş nəticələrin qorunması, dövlətin iqtisadi və hərbi gücünün artırılması, insan kapitalının inkişaf etdirilməsi, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsidir. Prezident cənab İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqam ondan ibarətdir ki, müasir Azərbaycanın inkişafı yalnız keçmiş nailiyyətlərin qorunması ilə deyil, dəyişən dünya reallıqlarına uyğun yeni strateji yanaşmaların formalaşdırılması ilə davam etdirilməlidir. Bu isə dövlətçilik siyasətinin ardıcıllığını, milli maraqların prioritetliyini, müstəqil xarici siyasəti, güclü iqtisadiyyatı və təhlükəsizliyin təmin olunmasını bir-biri ilə əlaqəli vahid strategiya çərçivəsində nəzərdən keçirməyi tələb edir".

Müsahibimiz onu da qeyd edib ki, yeni mərhələdə Azərbaycanın qarşısında duran vəzifələr daha geniş miqyaslı və çoxşaxəlidir:

"Güclü dövlət, dayanıqlı iqtisadiyyat, müasir ordu, inkişaf etmiş insan kapitalı, fəal diplomatiya və milli həmrəylik bu strategiyanın bir-birini tamamlayan əsas dayaqlarıdır. VIII Qurultayda səsləndirilən mesajlar da məhz bu ardıcıllığın və strateji baxışın gələcək illərdə davam etdiriləcəyini göstərir. Azərbaycanın müasir tarixində əldə olunan nəticələr dövlətçilik institutlarının möhkəmləndirilməsi, milli iradənin siyasi qərarlarda ifadə olunması və uzunmüddətli strategiyanın ardıcıl həyata keçirilməsi ilə bağlıdır. Qarşıdakı dövrdə əsas məqsəd isə bu siyasi və iqtisadi potensialı yeni inkişaf mərhələsinin tələblərinə uyğun şəkildə daha da gücləndirmək, Azərbaycanın təhlükəsizliyini, suverenliyini və davamlı inkişafını təmin etməkdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız partiyanın növbəti fəaliyyət mərhələsini müəyyənləşdirən siyasi tədbir deyil, həm də Azərbaycanın yeni geosiyasi və sosial-iqtisadi reallıqlar şəraitində qarşıya qoyduğu strateji hədəflərin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 417   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

16:40 332
.

"Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"

Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların

21:00 170
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

12:56 217
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 192
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 219
.

Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir

"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində

13:01 254
.

"Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq

Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı

12:10 313
.

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka

19:15 179
.

Prezidentlər təkbətək görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:05 159
.