Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdən keçirilmir. Suverenlik Azərbaycanın xarici dünya ilə münasibətlərini qurduğu əsas prinsipə çevrilir".

Bu sözləri BiG.AZ-a açıqlamasında YAP üzvü Aynur Xəlilova bildirib. O qeyd edib ki, dövlət başçısı çıxışında xarici siyasətlə bağlı səsləndirdiyi ən məzmunlu tezislərdən biri bu siyasətin elə qurulmasının vacibliyi idi ki, heç kim Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməsin:

"Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin nə kənar yardıma, nə də xarici himayəyə ehtiyacı var. Eyni zamanda, o, bu prinsipi ölkənin ideoloji məkanının da xarici təsirlərdən qorunmasının zəruriliyi ilə əlaqələndirdi. İlk baxışdan bu yanaşma dövlət suverenliyi ilə bağlı ənənəvi mövqenin ifadəsi kimi görünə bilər. Lakin mövcud beynəlxalq şərait ona tamamilə fərqli məzmun qazandırır. Dünya getdikcə daha az proqnozlaşdırılan xarakter alır, böyük güclər arasında rəqabət güclənir, kiçik və orta dövlətlər isə getdikcə daha çox öz sərhədlərindən uzaqda qəbul olunan qərarlara uyğunlaşmaq zərurəti ilə üzləşirlər. Belə bir şəraitdə müstəqil xarici siyasət yürütmək qabiliyyəti real strateji resursa çevrilir. Prezidentin çıxışında səsləndirdiyi digər mühüm tezis də məhz bununla bağlı idi. Dövlət başçısı bəzi tanınmış ekspertlərin artıq Azərbaycanı orta güc hesab etdiklərini qeyd edərək, ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq nüfuzunu xüsusi vurğuladı. "Bizim taleyimiz öz əlimizdədir" fikri, əslində, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi kursun fəlsəfəsini ifadə edir".

Müsahibimiz əlavə edib ki, Prezident İlham Əliyev çıxışında yenidən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa müraciət edərək, onun başlıca xəttinin dəyişməz olaraq qaldığıni: müstəqillik, dövlətçilik, iqtisadi sərbəstlik, güclü hərbi potensial və ölkənin öz resurslarından maksimum səmərəli istifadəyə diqqət çəkib:

"Eyni zamanda, dövrün tələblərindən asılı olaraq taktiki, hətta strateji vəzifələrin dəyişə biləcəyi də vurğulandı. Məhz varisliklə dəyişən şəraitə uyğunlaşmaq qabiliyyətinin vəhdəti prinsipial əhəmiyyət daşıyır. Müstəqil xarici siyasət daxili dayanıqlılıq olmadan mümkün deyil. Xarici maliyyələşmədən, təhlükəsizlik təminatlarından və ya hər hansı bir siyasi güc mərkəzindən kritik dərəcədə asılı olan dövlətin fəaliyyət azadlığı istər-istəməz məhdudlaşır. Buna görə də Azərbaycanın siyasi modelində iqtisadi müstəqillik, enerji imkanları, nəqliyyat infrastrukturu və müdafiə potensialı diplomatiyadan ayrı mövcud deyil. Əksinə, bütün bu amillər müstəqil xarici siyasətin maddi əsasını formalaşdırır. Son illərin təcrübəsi bu qarşılıqlı əlaqəni xüsusilə aydın şəkildə nümayiş etdirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yalnız döyüş meydanındakı vəziyyətin dəyişdirilməsi ilə kifayətlənməyib. Prezidentin qurultayda vurğuladığı kimi, ölkəmiz regionda yeni reallıqları özü yaratdı və sonradan həmin reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildi. Bu, son dərəcə mühüm məqamdır: Bakının xarici siyasəti getdikcə daha az dərəcədə xarici vasitəçilərin qərarlarını gözləmək, daha çox isə öz siyasi reallıqlarını formalaşdırmaq üzərində qurulur".

Aynur Xəlilovanın sözlərinə görə, Prezidentin müəyyən etdiyi digər mühüm prinsip başqa dövlətlərlə münasibətlərdə ikili standartlara yol verilməməsidir:

"Cənab İlham Əliyev Azərbaycanın digər ölkələrə münasibətdə heç vaxt ikiüzlülük və riyakarlıq nümayiş etdirmədiyini bildirdi. Praktiki müstəvidə bu xətt praqmatik siyasəti nəzərdə tutur: maraqların üst-üstə düşdüyü sahələrdə tərəfdaşlıq, fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dialoq və siyasi himayəçilik üzərində qurulan münasibətlərin qəbul edilməməsi. Bu gün Azərbaycan xarici siyasətinin yeni mərhələsinə qədəm qoyur. Əgər əvvəlki dövrdə əsas vəzifə müstəqil siyasət yürütmək hüququnun qorunması idisə, indi əsas məsələ bu müstəqilliyi dayanıqlı beynəlxalq təsir imkanına çevirməkdir. Prezidentin çıxışının mühüm siyasi məzmunlarından biri də məhz bundan ibarətdir: Azərbaycan üçün suverenlik artıq yalnız qorunmalı olan dəyər deyil. O, dövlətin dəyişən beynəlxalq sistemdə öz yerini müəyyənləşdirməsinə və formalaşdırmasına imkan verən strateji vasitəyə çevrilir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 442   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

16:40 332
.

"Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"

Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların

21:00 170
.

Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir

"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi

12:56 217
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 192
.

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 219
.

Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir

"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində

13:01 254
.

"Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq

Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı

12:10 313
.

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka

19:15 179
.

Prezidentlər təkbətək görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:05 159
.