40 yaşdan sonra hər bir qadını gözləyən TƏHLÜKƏ

40 yaşdan sonra hər bir qadını gözləyən TƏHLÜKƏ40 yaşdan yuxarı qadınlarda bir sıra xəstəliklər müalicə edilmədikdə, vəziyyət kritik həddə çata bilər.

BiG.AZ xəbər verir ki, bu sözləri terapevt, endokrinoloq, kardioloq, tibb elmləri namizədi, Avropa Kardiologiya və Endokrinologiya Cəmiyyətinin üzvü Aleksey Jito deyib. Həkimin sözlərinə görə, belə qadınlarda öd daşı xəstəliyinə - öd kisəsinin daxilində daş və öd turşularının çökmə riski artır. Xəstəlik hamilə qadınlarda, sarışın və artıq çəkili xanımlarda da baş verə bilər. Daşlar xroniki xolesistitə, yəni kanalların çoxsaylı tıxanması ilə iltihaba səbəb ola bilər. Bu, biliyar kolikaya, hətta xroniki pankreatitə səbəb ola bilər.

Ekspert xəbərdarlıq edib ki, xəstəlikdən qorunmaq üçün vaxtında öd kisəsinin ultrasəs müayinəsindən keçmək lazımdır. Onun sözlərinə görə, problem "qum adlanan mərhələsində" müəyyən edilərsə, bunun qarşısını almaq asandır.

Kardioloq onu da bildirib ki, 40 yaşdan sonra hormonal fon çox kəskin şəkildə dəyişir, 50-yə yaxın isə bu dəyişiklik daha da sürətlənir. Bir çox insan hər zamankı rasiona sadiq qalsa belə, kökəlməyə başlayır: çəkir artır və arıqlamaq getdikcə çətinləşir. Bədən çəkisinin problem yaratmaması üçün həkim endokrinoloqla əlaqə saxlamağı, lazımi və hərtərəfli hormonal müayinədən keçməyi məsləhət görür.

Bir çox qadının sözlərinə görə, əvvəllər qan təzyiqi onlarda aşağı olsa da, 40 yaşdan sonra tədricən yüksəlməsi müşahidə olunur. Bunun fonunda baş ağrıları da baş verir, hətta insult və infarkt riski də artır. Ağır nəticələrin qarşısını almaq üçün Jito kardioloq və terapevtə baş çəkməyi və onların təyin etdiyi müalicəyə əməl etməyi tövsiyə edib./publika.az


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2383   Tarix: 02 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a

22.09.2026 314
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 237
.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 299
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 276
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

08.09.2026 327
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 246
.

Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı

Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü

20.09.2026 244
.

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə

24.09.2026 111
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 311
.