Xalq artisti: "Gəlinin toyda oynaması mütrüflük və ayıbdır, gəlin utanar"

Xalq artisti: "Gəlinin toyda oynaması mütrüflük və ayıbdır, gəlin utanar""Əgər rəqqas və rəqqasə ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getməməlidir. Bu, dəhşətdir"

Azərbaycanın Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın Report-a müsahibəsini təqdim edirik:

- Roza xanım, həyatınız rəqslə, xoreoqrafiya ilə bağlıdır. Bu sənətə necə gəlmisiniz? Valideynlərinizin bunda rolu olubmu?

- Mən Qubada doğulmuşam. Atam 35 yaşında alim idi. Ondan yox idi. O vaxt atam partiya işçisi, yüksək vəzifəli şəxs idi. Mircəfər Bağırov həmin vaxtlar işçiləri hər hansısa vəzifəyə göndərəndə cəmi bir il işləməyə qoyurdu. Bilirsiniz niyə? Deyirdi "qudurarlar, rüşvət alarlar". 30-cu ildə atamı Bakıya gətirdi. Filarmoniya ilə üzbəüz elmi işçilər üçün olan binadan professorlara və atama ev verdi. O vaxtlar atam əlimdən tutub balet məktəbinə apardı. Arzusu idi ki, balerina olum. Atamın arzusunu yerinə yetirdim. 1941-ci ildə atamı Kerçə müharibəyə göndərdilər. Bir ildən sonra orada vəfat elədi. Onda düşünürdüm ki, mən mütləq atamın arzusunu yerinə yetirməliyəm, balerina olmalıyam. Balet məktəbini oxudum, əla qiymətlərnən bitirdim, iki il Opera və Balet teatrında işlədim, amma həmin vaxtlarda Azərbaycan milli rəqslərini görürdüm və istəyirdim. İki il balet oxuyandan sonra çıxmaq istədiyimi dedim. Dedilər "nə danışırsan? Güclə biz Azərbaycan qızları yığırıq". Dedim indi icazə verirsiniz, Üzeyir Hacıbəyovun ansamblına gedirəm. O zaman Ü.Hacıbəyovun ansamlı ansambl idi. İndi heçnə qalmayıb. O zaman 80-90 xor ifaçısı vardısa, indi 9-10 nəfər qalıb. Onlar ehtiyat edirdi. Çünki məni oxudub, öyrədiblər. Mən də şərt kəsdim ki, ya icazə verirsiniz, ya da çıxıram. Onlar da fikrimin qəti olduğunu görüb, icazə verdilər. Mən 1946-49-cu illərdə baletdə oynadım. 1951-ci ildə artıq Almaniyaya getdim. Almaniyada qızıl medal aldım. Bu rəqsin sayəsində çox yaxşı həyat gördüm, ölkələr gəzdim. Bu gün də milli rəqsi seçməyimə peşman deyiləm. Baleti iki il atamın arzusunu yerinə yetirdim, amma mənim də arzum milli rəqs idi.

- Hazırda nə işlə məşğulsunuz? Gününüzü necə keçirirsiniz?

- Mən indi konsultant, münsif kimi bir çox tədbirlərə gedirəm. Gənclərə məsləhətlər verirəm. Bir il bundan qabaq rəqs bayramı keçirildi. "Ölkəmin rəqs çələngi" adlandıran Respublika Uşaq Rəqs Festival-Müsabiqəsi. Onun münsiflər heyətinin sədri idim.

- Bildiyim qədəri ilə Xoreoqrafiya Akademiyasına gedib-gəlirsiniz, açıq dərslərdə iştirak edirsiniz, rəqslər qurursunuz. Akademiyadakı vəziyyət sizi nə qane edir?

- Nilüfər Kərimova, Timuçin Əfəndiyev və Əziz Qarayusiflinin vaxtlarında əlbəttə, gedirdim. İstiqamət verirdim, açıq dərslərdə, imtahanlarda iştirak edirdim, daim tədbirlərə dəvət edirdilər. Amma indi qətiyyən getmirəm. Mən onlar üçün təhlükəyəm. Hətta mənim müxbirlərə verilən müsahibələrim indiki "rəhbərliyi" necə narahat edirsə, zəng vururlar redaksiyalara, təzyiq göstərir, hədə-qorxu ilə tələb edirlər ki, yazılarımı silsinlər. Xoreoqrafiya Akademiyasındakı vəziyyət məni qane etmir. Çünki son üç ildə üç dəfə rəhbər dəyişib. Hələ də layiqli rəhbər tapmırlar. İndi bir nəfər Nailə Məmmədzadə adlı bədii rəhbər gətiriblər. Mən onu tanımıram. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya da dedim ki, 76 ildir sənətdəyəm, onu tanımıram. Bu necə rəhbərdi, natamam ali təhsilli, hələ də onun əlavə olaraq tədris işləri üzrə prorektor təyin edirlər, baxmayaraq ki elmi dərəcəsi yoxdur. Eyni zamanda da rektor vəzifəsini müvəqqəti icra edir. Necə ola bilər? Qanunsuz. Bilmirəm onu kimi bədii rəhbər göndərib. Bir ara Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin direktoru Əziz müəllim rəhbər gəldi, bəzi nüanslara dözə bilmədi getdi. And içirəm ki o qayıdandan sonra incəsənət məktəbi sevinirdi ki, direktoru geri qayıtdı. Əziz müəllim işlədiyi müddətdə nə qədər işlər gördü Akademiyada. Amma hiyləqər adamlar imkan vermədilər, çünki başa düşdülər ki, ona çata bilməyəcəklər. Bax, Akademiyaya da elə adamlar lazımdı. Nə qədər bizim savadlı incəsənət xadimlərimiz var, əsl sənətkarlar, savadlı, işini bilən adamlar. Akademiyaya Xalq artistlərimiz Kamilla Hüseynova, Samir Səmədov, Gülağasi Mirzəyev, Mədinə Əliyeva kimi mədəniyyəti, sənəti sevən, işini bilən, əsl intelligent adamlar lazımdı.

- Nailə Məmmədzadə yayılan bütün iddiaları rədd edir...

- O, təsadüfü adamdır. Onun heç tam ali təhsili belə yoxdur. Bir adam ki "göbək" rəqsi oynasın, ondan necə Xoreoqrafiya Akademiyasına rəhbər olar. Sən demə əvvəllər Muğam Teatrında və bir çox digər məkanlarda axşamlar göbək rəqsi edirmiş. Əməkdar artist adını da kimlərinsə sayəsində alıb. O, nə "Qu gölü"ndə, nə "Qız qalası"nda, nə "Jizel"i, nə də "Don Kixotu" oynayıb. O, ancaq toylarda oynayıb.

Mən mədəniyyət naziri Anar Kərimovla görüşmək istədim. Sağolsun, o da qəbul etdi. Getdim ona da danışdım. Böyük diqqətlə qulaq asdı, mənim fəaliyyətimlə də maraqlandı, bir çox təzə layihələr baradə danışdıq, maraqlı planlar qurduq. Ölkə başçısına da Akademiyada baş verənlər barədə xəbər çatdırdım, yazdım. Artıq hamının orada baş verən biyabırçılıqlardan, intriqa və korrupsiya barədə xəbərləri var. Biz Xoreoqrafiya məktəbininin nüfuzuni qaldırmalıyıq. Orada necə sanballı, adsanlı və savadlı adamlar olub. İndi isə savadlı kadrları işdən qəsdən uzaqlaşdırırlar, qohum-əqrəbə və yaxın insanları yığırlar ora. İstedadlı adamlar qalıb kənarda, heç kimin tanımadığı kimsə gəlib köklü Akademiyaya rəhbərlik edir. 76 ilini rəqsə verən mənim də ürəyim "yanır".

- Roza xanım, əvvəlki rəqqaslarla indiki rəqqaslar arasında hansı fərqlər var?

- Mənim dövrümdəki rəqqas və rəqqasələr pulu yox, rəqsi, sənəti sevirdi. Amma indikilər pulu sevir. Gedirlər toylarda ucuzlaşdırırlar. O vaxtın rəqslərində lirika çox idi. İndiki rəqslərdə atlanıb-düşmək çoxdu.

- İndi rəqqas və rəqqasələri daha çox toylarda, şənliklərdə görürük. Bu, normaldır?

- Əgər ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getmənməlidir. Bu dəhşətdir. Toyun öz kollektivi var. Toy adət-ənənə, şənlik, arzudur. Amma sənətkar rəqqasə pula görə toya getməz. Ancaq səhnədə olar. Toy meydanında yox. İxtiyarı yoxdur. Çünki toylarda içkili adamlar olur, rəqqas isə ciddi sənətlə məşğuldur. Mən heç öz qızımın toyunda oynamamışam. Çox xahiş etdilər, dedim "olmaz".

- Toylarda bəy-gəlinin milli rəqs etməsi artıq dəb halını alıb. Bunun üçün kurslara gedirlər. Milli rəqslərə bu cür münasibət göstərilməsinə necə baxırsınız?

- Əslində, yaxşı əlamətdi. Deməli gənclərimiz artıq başa düşürlər ki, milli xalq rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər "Roza xanım bizə rəqs öyrədin". Dedim ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu mütrüflükdü. Ayıbdı. Gəlin utanar. İndi ləzginka oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdü. Ancaq gərək gəlinlər Uzundərə, İnnabı, Naz-naz oynasın. Yoxsa ləzginka, atdanıb düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz.

- Roza xanım, fəaliyyətiniz dövründə sizi gözü götürməyənlər, ayağınızdan çəkənlər, yəqin ki, olub...

- Paxıllıq edənlər çox olub. Bilirdim ki, mən rəqsimlə camaatın rəğbətini qazanacam. Amma ürəyimdə fikir edirdim. Elə vaxtlar olub ki, məni baykot ediblər. Heç kim mənimlə danışmadı. Onu edən vardı. İstəyirdilər ki, mən oynamayım, sənətdən gedim. Bütün bunlara baxmayaraq rəhbərlik mənim bacarığıma görə arxamda idi. Dözürdüm. Çünki sənətimi sevirdim. Bilirdim ki, axırı yaxşı olacaq. O vaxt və indi mənə qoyulan hörmət mənə ləzzət edir. Xoş günlərim olub. Ona görə 94 ildi yaşayıram.

- Sizin yolunuzu nəvələriniz davam etdirir. Onlardan razısınız?

- Bəli, nəvələrim də yolumu davam edirlər. Qız tərəfindən kiçik nəvəm yolumu davam edir, balerinadı. Böyük nəvəm hüquqşünasdı, hüquq sahəsində də fəaliyyət göstərir, amma ikinci təhsili baletmeyster ixtisası üzrə oxuyub. Bu yaxınlarda böyük tamaşanı təhvil verdi. "Mələyin ölümü" adlı tamaşa böyük uğurla Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında səhnəyə qoyuldu. Mən də orda idim. Valeh oldum. Bu günə kimi belə bir tamaşa, quruluşlar görməmişdim, həm rejissorluq baxımından, həm xoreoqrafik, həmdə təşkilatçılıq baxımından. Lenay 40 nəfərdən çox iştirakçını qısa zamanda bir truppa etdi, tək özü. Axırıncı günə qədər mənim heç xəbərim də yox idi. Bilirdim ki gecə-gündüz hazırlaşır, məşqlər keçirir, amma təssəvür edə bilmirdim bu qədər peşəkar, maştablı iş ərsəyə çıxacaq. Tamaşaçılar da məni heyran etdi. Anşlaq idi. Mən özüm də səhnədə olduğum vaxtlarda həmişə tamaşaçıya fikir verirdim. Alqışlar susmurdu. Mən tamaşaçıların üzünə hərəkətlərinə baxanda bilirəm ki, o bəyənir, yoxsa yox. Bu mənim üçün çox vacibdi. Rəfiqələrimə deyirdim ki, mənə yox, səhnəyə baxın. Görün, tamaşaçı razıdırmı, təbəssümlüdü, ya qaş-qabaqlı? Deyirdilər nə qaş-qabaq, əllərini yerə qoymurlar. Mən bu dərəcədə xırdalıqlara fikir verirdim. Ona görə də haqqımı aldım. Nəvəmin çıxışındakı tamaşaçı ayrı tamaşaçı idi. Gəzmək, zalı tərk etmək yox idi. Hamı diqqət kəsilib səhnəyə baxırdı. Bildim ki, ordakıların hamısı incəsənəti sevənlən, incəsənətə hörmət adamlar idi. Bir anlıq dedim "kaş cavan olardım, bu səhnədə oynayardım". Elə bu vaxt səhnəyə çağırdılar. Orada onlara keçmişimdən epizodlar danışdım, böyük maraqla qulaq asırdılar, alqışladılar. Orda 1950-ci ildə məni təcili Moskvadan çağırmaqlarını danışdım. O zaman Stalinin dövrü idi, qorxmuşdum. Düşündüm nə etmişəm ki, çağırırlar. Sən demə Moskvadan bir aylıq Albaniyaya göndərirlər. O boyda festivaldan 850 "Bolşoy" teatrdan məni çağırdılar. Ordan getdim Aralıq, Qara, Mərmər, Egey, Adriatik və s dənizləri gəzdim. Dedim ay Allah nə bəxtəvərəm, 21 yaşımda bu nələrdi görürəm mən. Qızıl medal da sinəmdə.

- Azərbaycanın rəqsinin dünyada təmsilçiliyi nə yerdədi? Rəqslərimiz xaricdə hansı reaksiyaları görür?

- Xaricdə bizim musiqilərimizi yazırlar. Yadigar götürürlər. Mənim vaxtımda xarici səfərlərimdə insanlar xahiş edirdi ki, etdiyim rəqslərdən bir iki element göstərim. Göstərirdim. O dərəcədə ki, yorulurdum. İndi heç bilmirəm konsertlər olur, yoxsa yox. Toya qaçırlar. Elə müəllimlər var ki, uşaqları yığıb aparırdı toyda oynamağa. Elə Xoreoqrafiya Akademiyasında da uşaqlar axşama kimi toy üçün məşqlərdədir. Artıq müəllimlər də deyinir ki, qanuni dərslərə tələbələr gəlmirlər, onları naməlum tədbirlər, toylar üçün məşqlərə çağırırlar. Ayıb olsun. Azərbaycan rəqsi ancaq səhnə, teatr üçün yaranıb. Düzdü, qazanmaq lazımdı, pula ehtiyyacları olan ailəli rəqqaslarımız var. Onlara çətindi. Maaşları o qədərdə yüksək deyil, bu da çox kövrəldici nüansıdır. Bunu də fikirləşməlidirlər, rəqqaslar sənətə sağlamlığını qurban edirlər. Çoxları əlavə olaraq müəllimlər kimi fəaliyyət göstərir. Bəs nə etsinlər? Amma layiqincə etsinlər. Artıq görə-görə gəlmişəm. Bilirəm nə nədi, kim kimdi. Mən festivallara gedəndə orda erməni də olub. Bir də görürdüm Qarabağ şikəstəsi çalırlar. Mən də özümüzünkün çaldırırdım. Görürdülər ki əsl şikəstə kimindi. Onlara dedim "sən heç Qarabağ bilirsən ki, şikətsə çalırsan?". Camaat hamısı bizim ifaya qulaq asırdı. Belə günlərimiz olub. O vaxt da sözümü deməkdən qorxmamışam. İndi bəzilərində ancaq yaltaqlıq var.

- Gənclərə nə məsləhət görərdiniz?

- Gənclərə məsləhətim odur ki, həmişə başlarını uca tutsunlar. Seçdikləri sənətin qədrini bilsinlər. Sənəti sevib, hörmət etməliyik. Ən əsası da odur ki, fikirlərimiz təmiz, layıqlı şəxsiyyət və vətəndaş olmalıyıq. Eyni zmanada azərbaycanlı olmaları ilə fəxr etsinlər. Prezident İlham Əliyev bizə, incənət adamlara dəyər verir, daim diqqət yetirir, bu çox sevindirici haldır. Mən ona təşəkkür edirəm. Mənim kimi sənətkarları düşünür. Nəinki incəsənət sahəsində, hər bir sahəyə əl gəzdirir. Düşünürdük ki, yaşımız ötür görəsən Qarabağı yenə görəcəyikmi? Şükür ki, bu günlərdə bizə nəsib oldu. Torpağlarımız qayıtdı, yenə bizimdi. Hər bir yeni günümüzə şükür etməliyik!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1419   Tarix: 01 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Leyla Əliyeva qızı ilə Rəvan Əzizovun evində - Fotolar

Leyla Əliyeva qızı Əminə ilə Sumqayıtda II Qarabağ Müharibəsi iştirakçısı Rəvan Əzizova baş çəkib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib. Qeyd edək ki, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz Murovdağda mərmi partlayışı nəticəsind

26.02.2026 363
.

Cins şalvarı yumazdan əvvəl bunu edin - "Yeni kimi" qalacaq

Cins şalvarı paltaryuyan maşına atmazdan əvvəl bir neçə sadə addım atmaq lazımdır. Bu, rəngi, forması və parçanı qorumağa kömək edəcək. "Start" düyməsini basmazdan əvvəl mütləq bunu edin. bu üsulu təqdim edir:. Nə etmək lazımdır?. Cins şalvarları yuyarkən fermuarları, düymələri və qarmaqlar

26.02.2026 332
.

48 aptekdə yoxlama - Nöqsanlar tapıldı

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarınd

26.02.2026 238
.

Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. "Qafqazinfo" memorialın açılışından fotoları təqdim edir:

26.02.2026 318
.

Şəkidə 24 yaşlı bərbərin meyiti tapıldı

Şəkidə evdən gənc oğlanın meyiti tapılıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 24 yaşlı Asim Əhmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Məlumata görə, mərhum bərbər işləyib. Faktla bağlı araşdırma aparılır

26.02.2026 386
.

Azərbaycanlılar sərhəd ölkələrdə daşınmaz əmlaka yönəlir

"1990-cı illərin sonlarından etibarən azərbaycanlılar Türkiyə, Gürcüstan və Avropanın digər şəhərlərində daşınmaz əmlaka investisiya yatırırlar". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib. O, qeyd edib ki, bu tendensiya uzun illərdir davam edir və hər il sərhəd ölkələrd

26.02.2026 268
.

"Yaxşı ki, atam tez rəhmətə getdi"

"İki il əvvəl atamı itirdim. Mənim üçün dost idi. İnsan itirəndən sonra qədrini bilir, onları axtarır. Hər şeyi tapmaq olur, övladı da, amma valideyni tapa bilmirsən. Atam gecə yuxuma gəlib". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Gün ortası" verilişində deyib. Sənətç

26.02.2026 448
.

Aktyoru ailəsinin gözü önündə öldürdülər

Braziliyada 33 yaşlı aktyor və bloqer Moizes Trindadi Barbosa Ferreyra evinin yaxınlığında güllələnərək qətlə yetirilib. xarici mediaya istinadla bildirir ki, Baiya ştatının Salvador şəhərində baş verib. Məlumata görə, fevralın 23-də saat təxminən 19 radələrində iki silahlı şəxs motosikletlə onun evin

26.02.2026 356
.

"Sizi televizorda görəndə çox sevinirəm" - Video

Ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə etdikləri səfər çərçivəsində kənd sakini Əmrah Sahiblinin evində olublar. Axşam.az-ın məlumatına görə, dövlət başçısı ilə Sahibli ailəsinin kiçik üzvü arasında maraqlı dialoq yaşanıb

26.02.2026 353
.

TOP MP3