İstehlak bazarında yeni trend: kiçilən məhsullar, artan narazılıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA
Son illər qlobal brendlərin istehsal etdiyi qida, təmizlik və şəxsi gigiyena məhsullarında diqqət çəkən dəyişikliklərdən biri də qablaşdırmaların və məhsul həcmlərinin getdikcə kiçilməsi ilə bağlıdır. Bir vaxtlar daha böyük həcmdə satılan məhsulların indi eyni qiymətə, bəzən isə daha baha qiymətə daha az miqdarda təqdim olunması alıcıların narazılığına səbəb olur.
Xüsusilə şampun, yuyucu vasitə, şokolad, qazlı içki və digər gündəlik məhsullarda müşahidə olunan bu tendensiya bir çoxları tərəfindən istehlakçının aldadılması və alıcılıq qabiliyyətinin nəzərə alınmaması kimi qiymətləndirilir. Mövzu artıq istehlakçı hüquqları və şirkətlərin bazar strategiyası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, İstehlakçı Hüquqları bütün dünyada və bütün zamanlarda ən çox pozulan insan hüququdur. Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, məsələ həll olunmuş olsun: "İstehlakçı ömrü boyu biliksizdir. Çünki istehlakçı təkdir. İstehsalçı yəni satıcı isə komandadır. Bir oyun başlasa və o oyunda peşəkar ilə qeyri-peşəkar oynasa aydındır ki, qeyri-peşəkar oyunu uduzacaq. Yəni bu əvvəlcədən məlumdur. İstehlakçı biliksizdir. Müasir texnologiya dövründə istehlakçı hər şeyi bilə bilməz və bütün istehlakçıların belə olması, eləcədə dünyada istehlakçı hərəkatının cəmi 1962-ci ildə yaradılması, biznesin isə min illərdir mövcud olduğu bir şəraitdə və hər il İstehlakçı Hərəkatının dünyada zəifləməsi fonunda əlbbətdəki bu məsələlər mövcud olacaqdır. Bütün ölkələr və ölkə başçıları yalnız biznesin inkişafında maraqlıdır.
Yəni istehlakçıların soyulmasında maraqlıdır. Mən dəfələrlə demişəmki hər hansısa bir dövlət başçısının son 30 ildə istehlakçıları aldatmaq olmaz sloqanını kimsə mənə göstərsə mən ona hədiyyə verəcəm. Çünki yoxdur belə bir şey. Azad İstehlakçılar Birliyi Dünya İstehlakçılar Birliyinin (Consumer İnternational) 1998-ci ildən üzvüdür. Biznesi irəli aparan Ümumdünya Ticarət Təşkilatı və çox çoxsaylı qurumlar var. Lakin İstehlakçı Hərəkatı isə mərkəzi ofisi Londonda yerləşən bir təşkilatdır. Bu təşkilat 130 ölkəni özündə birləşdirir. Bir çox ölkələrdə istehlakçı təşkilatları biznes qurumları içərisində əriyib.
Məsələn Türkiyə, Belarus, İsrail kimi dövlətləri buna misal çəkə bilərəm. Mən beynəlxalq yığıncaqlarda onları açıq mətnlə tənqid edirəm. Belə bir fonda nə gözləmək olar. Əlbbətdəki hansı ölkələrdəki İstehlakçı Hüquqları zəif qorunursa və ya qanunlar zəifdirsə biznes qurumları yəni istehsalçılar bu cür "jestlər" edir. Həttda ən brend markalar belə məhsullarının çəkisini və keyfiyyətini azaldırlar. Brendlər bir ölkəyə daxil olub bir-iki il istehlakçıların simpatiyasını qazanırlar, sonra isə tamam başqa keyfiyyətdə ölkəyə məhsul gətirirlər və bunlar təsadüfi deyil. Ona görədə dövlət orqanları yaxşı analizlər aparmalıdır. Təbiiki əgər istəyirlərsə istehlakçılar aldadılmasın fəal iş görməlidirlər. Bütün dünyada bunlar İstehlakçı Hüquqlarının arxa planda qalmasından qaynaqlanan məsələlərdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 920 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 161 "Böyük Qayıdışın yeni mərhələsi də uğurla həyata keçiriləcək" - ŞƏRH
"Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır". Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını deyən dövlətimizin başçısı bildirib:
02.10.2026 191 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 159 Aktyor və ailəsi hoteldə ölümdən son anda xilas oldular
Rusiyalı aktyor İvan Oxlobıstin Donbasda olarkən həyat yoldaşı və kürəkəni ilə birlikdə atəşə tutulub. Axşam.az xəbər verir ki, bu barədə onun dostu, kinorejissor Oleq Fomin məlumat verib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin atdığı mərmi aktyorun qaldığı hotel otağına düşüb. Hadisə Oxlobısti
02.10.2026 169 21 şagirdin zəhərlənmə şübhəsi: Məktəbə gətirilən qidalar nə qədər təhlükəsizdir?
"Məktəbdə uşaqların sağlamlığı ilə bağlı ən böyük təhlükələr bəzən heç təhlükəli görünməyən məqamlardan başlayır. Sumqayıt şəhərində 21 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi də bu baxımdan diqqət çəkən hadisədir". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoc
02.10.2026 229 Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?
Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə
02.10.2026 198 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
02.10.2026 184 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 189 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127