Qida təhlükəsizliyi: düyü haqqında bilmədiklərimiz
"Ümumilikdə düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsizdir. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalı ilə müqayisədə daha yüksəkdir. Belə olan halda heç bir istehsalçı daha baha başa gələn məhsulu ucuz qiymətə satmaz. Saxtakarlıq halları adətən daha ucuz materiallardan istifadə etməklə həyata keçirilir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, plastik polimerlər bişirmə zamanı suyu udub şişmir, əksinə müəyyən temperaturda əriyərək yapışqan kütləyə çevrilir. Təbii düyü isə bişirildikdə yumşalır və öz strukturunu qoruyur, çünki o bitki mənşəli nişastadan ibarətdir:
""Bişmir" deyilən düyülər isə adətən yüksək amiloza tərkibli uzun dənəli düyü növləridir. Amiloza düyünün dən-dən qalmasını təmin edir və onun daha gec yumşalmasına səbəb olur.
Evdə bəzi sadə yoxlama üsulları da tətbiq etmək mümkündür. Məsələn, bir qaşıq düyünü suya atdıqda təbii düyü adətən sudan ağır olduğu üçün dibə çökür. Səthdə qalan dənələr isə çox vaxt keyfiyyətsiz və ya içi boşalmış ola bilər.
Digər üsul olaraq bir neçə dənəni yandırmaq mümkündür. Plastik material yanarkən qara tüstü və kəskin kimyəvi qoxu verir. Təbii düyü isə daha çox qovrulmuş taxıl və ya popkorn qoxusuna bənzər iy verərək kömürləşir.
Qidanın dad və keyfiyyətindəki dəyişikliklər hər zaman saxtakarlıqla izah olunmur. Bu, ümumiyyətlə istehsal və kənd təsərrüfatı proseslərində baş verən dəyişikliklərlə də bağlı ola bilər. Müasir kənd təsərrüfatında bitkilər daha çox məhsuldarlıq və daşınmaya davamlılıq üçün seçildiyindən, dad və aromatik xüsusiyyətlər bəzən ikinci plana keçir.
İntensiv əkinçilik torpaqdakı mineralların azalmasına da səbəb olur. Bitkilər kifayət qədər mineral qəbul etmədikdə onların tərkibindəki aromatik birləşmələr tam formalaşmır.
Eyni hal meyvə və tərəvəzlərdə də müşahidə olunur: uzaq məsafələrə daşınması üçün məhsullar çox vaxt kal yığılır və anbarlarda etilen qazı ilə yetişdirilir. Bu proses təbii günəş altında yetişmə ilə müqayisədə dad və şəkər-turşu balansında fərqlər yaradır.
Düyü bişirməzdən əvvəl onu soyuq suda şəffaflaşana qədər yumaq tövsiyə olunur. Bu, səthdəki artıq nişastanı və saxlanma zamanı yaranan tozu təmizləyir.
Həmçinin düyünü quru və sərin yerdə saxlamaq vacibdir.
Bişmiş düyü isə otaq temperaturunda 2 saatdan artıq saxlanmamalıdır. Çünki bu şəraitdə Bacillus cereus kimi bakteriya sporları inkişaf edərək toksin ifraz edə bilər və bu da qida zəhərlənməsinə səbəb ola bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 710 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914