"Azərbaycan TV-ləri dəyişməyə məcburdur, yoxsa sıradan çıxacaq" - MEDİA EKSPERTİ NİCAT ABDULLAYEV

"Azərbaycan TV-ləri dəyişməyə məcburdur, yoxsa sıradan çıxacaq" - MEDİA EKSPERTİ NİCAT ABDULLAYEVSon illərdə rəqəmsal medianın sürətli inkişafı informasiya istehlakı vərdişlərini kökündən dəyişib. Xüsusilə YouTube platformasında fəaliyyət göstərən müstəqil kanallar artıq milyonlarla izləyicini özünə cəlb edərək ənənəvi televiziya kanalları üçün ciddi rəqabətə çevrilib.

Operativlik, sərbəst təqdimat tərzi, interaktiv ünsiyyət və auditoriyanın maraqlarına uyğun məzmun istehsalı YouTube kanallarını daha populyar edir. Gənc nəslin televiziyadan uzaqlaşaraq rəqəmsal platformalara yönəlməsi isə media bazarında yeni mərhələnin başladığını göstərir.
"Azərbaycan TV-ləri dəyişməyə məcburdur, yoxsa sıradan çıxacaq" - MEDİA EKSPERTİ NİCAT ABDULLAYEVMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, hesab edirəm ki, burada "televiziya erasının bitməsi"ndən yox, televiziya istehlak vərdişlərinin köklü şəkildə transformasiyasından danışmaq daha doğrudur. Onun sözlərinə görə, televiziya ölməyib, sadəcə tamaşaçı artıq klassik televiziyanın qarşısında müəyyən saatda oturub proqram gözləyən auditoriya deyil: "Bu gün tamaşaçı məzmunu özü seçir, istədiyi vaxt izləyir, qısa formatlara üstünlük verir və əsasən mobil cihazlar üzərindən informasiya qəbul edir. Belə bir şəraitdə televiziya ilə sosial medianın rəqabətində üstünlüyün rəqəmsal platformalara keçməsi təbii prosesdir.

Sponsorların artıq ənənəvi TV reytinqindən daha çox YouTube baxış sayı, sosial şəbəkə engagement-i, paylaşım, şərh, çatım kimi göstəricilərə baxması bazarın məntiqindən irəli gəlir. Çünki reklam verən üçün əsas sual budur: "Mənim reklamımı real olaraq neçə nəfər gördü və bu reklam hansı nəticəni verdi?" Ənənəvi reytinq sistemi daha çox statistik nümunə üzərindən ümumi mənzərə yaradır. Əgər bu ölçmə kiçik bir panel üzərində qurulursa, reklam verən artıq bunu kifayət qədər dəqiq hesab etmir. Rəqəmsal platformalarda isə daha konkret rəqəmlər görünür - baxış sayı, izləmə müddəti, auditoriyanın yaşı, coğrafiyası, reklamın klik nəticələri və s. Bu, sponsor üçün daha ölçülə bilən və hesabatlı modeldir.

Amma burada vacib bir məqam da var: YouTube baxış sayını televiziya reytinqi ilə tam eyniləşdirmək də doğru deyil. Çünki rəqəmsal baxışların hamısı keyfiyyətli auditoriya demək deyil. Bəzən yüksək baxış sayı olur, amma reklamın təsiri zəif olur. Digər tərəfdən, televiziyanın hələ də güclü tərəfləri var, xüsusilə canlı yayımlar, milli gündəmi formalaşdıran proqramlar, xəbər buraxılışları, böyük ictimai hadisələrin yayımı və yaşlı auditoriya seqmenti üçün televiziya hələ də ciddi təsir vasitəsidir.

Problem ondadır ki, bir çox televiziya kanalı özünü sadəcə efir platforması kimi görməyə davam edir. Halbuki müasir media modeli "multi-platform" düşüncə tələb edir. Bu gün televiziya yalnız peyk və ya kabel üzərindən yayımlanan kanal deyil; o, eyni zamanda YouTube kanalı, Instagram platforması, TikTok məzmun istehsalçısı və rəqəmsal media brendi olmalıdır. Əgər televiziya bu transformasiyanı etmirsə, təbii ki, reklam büdcələri daha çevik və ölçülə bilən platformalara yönələcək.

Azərbaycan reallığında isə əlavə problem kontent məsələsidir. Tamaşaçı maraqlı, dinamik, müasir dildə hazırlanmış məzmun istəyir. Sosial media bunu daha sürətli verir. Əgər televiziya hələ də köhnə formatlarla işləyirsə, tamaşaçının rəqəmsala keçməsi qaçılmazdır.

Yəni bu, televiziyanın sonu deyil. Bu, televiziyanın dəyişməyə məcbur olduğu yeni mərhələdir. Kim rəqəmsal transformasiyaya uyğunlaşacaqsa, o qalacaq. Kim yalnız ənənəvi efir məntiqi ilə işləyəcəksə, bazarda mövqeyini itirəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 839   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.