Müasir müstəqil Azərbaycan dövlətinin banisi

Müasir müstəqil Azərbaycan dövlətinin banisiTarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsini əks etdirir. Məhz bu səciyyəvi xüsusiyyətlərə malik tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur.
Ötən əsrin 60-cı illərində SSRİ-nin tərkibində olan Azərbaycan İttifaqın ən geridə qalmış, bütün sahələrdə tənəzzülün girdabına yuvarlanmış respublikalardan biri idi. Ölkənin belə acınacaqlı durumda olduğu bir vaxtda - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın həyatında inkişaf və tərəqqi dövrünün əsası qoyuldu. Həmin dövrdə məhz Ümummilli Liderin rəhbərliyi ilə bugünkü müstəqil, hüquqi, dünyəvi, unitar və demokratik Azərbaycan dövlətinin təməlləri atıldı.
Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar haqqında günlərlə, aylarla, hətta illərlə danışmaq olar. Təkcə fakt - Sovet rejiminin sərt qaydalarının mövcud olduğu həmin dövrdə dahi rəhbər Heydər Əliyevin ana dilimizin dövlət dili statusu alması yönündə dönməz mübarizəsi deməyə əsas verir ki, Ulu Öndərin həyat və fəaliyyətinin hər anı Vətənə və xalqa misilsiz xidmət nümunəsidir.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Nəticədə Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Ulu Öndərin bu cəsarətli addımı, eyni zamanda, gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birinin məharətlə qorunub saxlanılmasına zəmin yaratdı, Heydər Əliyevin siyasi irsinin əbədiyaşarlığını təmin etdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin sarsıldığı, idarəetmədə xaosun hökm sürdüyü, iqtisadi və sosial tənəzzülün dərinləşdiyi, ölkəmizin parçalanma təhlükəsi ilə üzləşdiyi bir zamanda tarixi məsuliyyəti üzərinə götürdü. Həmin dövrdə yenicə müstəqilliyini elan etmiş ölkədə yaranmış xaos, anarxiya, özbaşınalıq şəraitindən istifadə edərək hakimiyyəti silah gücünə zəbt etmiş AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ərazilərimiz biri-birinin ardınca Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunur, iqtisadiyyat çökür, sosial gərginlik pik həddə çatırdı. Bir sözlə, ölkə sürətlə uçuruma yuvarlanır, vətəndaş müharibəsi təhlükəsi real görünürdü. Ölkəmiz üçün belə bir taleyüklü məqamda xalqın təkidli çağırışlarına səs verərək siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həmin vaxt söylədiyi fikirlər, onun Azərbaycan xalqını və dövlətini, hətta öz canından da çox sevdiyini aydın şəkildə göstərirdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".
Bəli, xilaskar Lider bu dəfə də vədinə sadiq qaldı. Ulu Öndər Heydər Əliyev dərin zəkası, tükənməz intellektual potensialı, qətiyyətli siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə yanaşı, canından da artıq sevdiyi, uğrunda, hətta ölümə belə getməyə hazır olduğu Azərbaycan xalqının etimadına arxalanaraq, ölkəmizi parçalanmaq təhlükəsindən məharətlə xilas etdi.
Ümummilli Lider Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkəmizdə davamlı inkişafın təməlini qoydu. Məhz Ulu Öndərin gərgin səyi nəticəsində 1994-cü il mayın 12-də Birinci Qarabağ müharibəsində atəşkəs sazişi imzalandı və münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqlar başlandı. Eyni zamanda, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinə son qoyuldu və ölkənin təhlükəsizliyi ilə yanaşı, daxili sabitlik təmin olundu. Müstəqil Azərbaycanda ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Milli Konstitusiya qəbul edildi. Mətbuat üzərində senzura aradan qaldırıldı. Dünyanın tanınmış transmilli şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu. Eyni zamanda, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsinə yol açdı. Həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı.
Ulu Öndər Heydər Əliyev xalqımızın dünəni, bu günü və gələcəyi naminə misilsiz tarixi xidmət nümunəsi ortaya qoymuşdur. Heydər Əliyevin zəngin siyasi irsindən söhbət açarkən Ulu Öndərin yaratdığı və ölkəmizin bütün sahələrdə qazandığı nailiyyətlərdə böyük payı olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti, xüsusilə təqdirəlayiqdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ümummilli Liderin ideyalarına sadiqliyini nümayiş etdirir və öz tarixi missiyasını yüksək məsuliyyət və ardıcıllıqla davam etdirir. Bu gün YAP milli maraqları qorumaq və müstəqil dövlətçiliyimizi daha da möhkəmləndirmək istiqamətində əhəmiyyətli töhfələr verir.
Bəli, 1993-cü ilin təlatümlü iyun günlərindən ötən zaman məsafəsi xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün və ədalətli olduğunu bir daha sübut edir. Məhz xalqımızın doğru seçiminin nəticəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycanın sükanını etibar etdiyi cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyini daha da möhkəmləndirdi və tarixi qələbələrə imza atdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, Vətən müharibəsi günlərində Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında bir yumruq kimi birləşdirdi. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi də dahi şəxsiyyətin ideyalarının yaşamasının və Azərbaycana yeni qələbələr qazandırmasının əyani təzahürüdür.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 07 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14:27 76
.

Paşinyan Təhlükəsizlik Şurasının katibini dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Paşinyanın fərmanında "Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. Alen Simonyan Ermənistan Təhlükəsizli

11:40 134
.

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü

13.08.2026 414
.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13.08.2026 236
.

Pentaqon: Ukraynanın enerji obyektlərinin bərpası bir il çəkə bilər

RİA Novosti ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) Konqresə təqdim etdiyi məlumatlara istinadən xəbər verir ki, Ukraynanın zədələnmiş yarımstansiyalarının əksəriyyətini bərpa etməsi altı aya qədər vaxt apara bilər. xəbər verir ki, Zədələnmiş iri elektrik stansiyalarının təmiri isə ən azı bir il çək

11:04 130
.

Uşaqların psixoloji sağlamlığı dövlət siyasətinin mühüm istiqamətidir

Uşaqlar cəmiyyətin gələcəyi, dövlətin ən mühüm sosial sərvətlərindən biridir. Onların sağlam, təhlükəsiz və sağlam psixoloji mühitdə böyüməsi yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və dövlətin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə uşaqların psixoloji müdafiəsi xüsusilə aktuallaşıb

12:21 132
.

Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır

"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri

12:31 146
.

Türkiyədə turistləri daşıyan gəmi yandı - 115 nəfər özünü dənizə atdı

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turistləri daşıyan gəmi yanğın baş verib. yerli mediaya istinadla xəbər verir ki, hadisə Katrancı körfəzində qeydə alınıb. "Toys Boat" adlı gəminin mətbəx hissəsində hələlik məlum olmayan səbəbdən başlayan yanğın qısa müddətdə bütün gəmini bürüyüb

13.08.2026 240
.

Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirəcək

Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etdikdən sonra referendum keçirəcəyi bildirilir. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə gələcəkdə mütləq referendum keçiriləcək. Onun sözlərinə görə, referendum institusional hazırlı

11:33 137
.

TOP MP3