Məktəb Bufetlərində Zəhərlənmə Halları Narahatlıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb Bufetlərində Zəhərlənmə Halları Narahatlıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon dövrlərdə məktəb bufetlərində baş verən qida zəhərlənməsi halları valideynləri və cəmiyyəti ciddi narahat etməyə başlayıb. Müxtəlif təhsil müəssisələrində şagirdlərin kütləvi şəkildə özlərini pis hiss etməsi, xəstəxanalara müraciətlərin artması məktəblərdə satılan qidaların keyfiyyəti və saxlanma şəraiti ilə bağlı sualları yenidən gündəmə gətirib. Məhsulların düzgün qorunmaması və sanitar-gigiyenik qaydalara əməl olunmaması bu riskləri daha da artırır. Mövzu həm valideynlər, həm də aidiyyəti qurumlar üçün aktual məsələlərdən birinə çevrilib.
Məktəb Bufetlərində Zəhərlənmə Halları Narahatlıq Yaradır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, qaldırdığınız mövzu kifayət qədər aktual və həssasdır, çünki birbaşa uşaqlarımızın sağlamlığından söhbət gedir. Məktəb bufetlərində baş verən zəhərlənmə halları həm valideynləri, həm də cəmiyyəti ciddi narahat edən həssas bir məsələdir. İlk növbədə dəqiqləşdirmək lazımdır ki, məktəb bufetləri icarəyə verilərkən ödənilən vəsait birbaşa məktəb direktoruna deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarına ödənilir. Bu, prosesin mərkəzləşdirilmiş idarəetmədə olduğunu göstərsə də, yerlərdə nəzarət mexanizminin daha da təkmilləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, təəssüf ki həmin vəsaitin hara xərclənməsi və necə xərclənməsi barədə nazir Emin Əmrullayev bircə dəfə də olsun hesabat verməyib: "Dəfələrlə tələb edilsə də bu barədə susan nazir ancaq müəllimləri aşağılamaqla məşğuldur. Lakin bildiyimə görə həmin vəsait nazirlik işçilərinə paket şəklində ödənilir. Yəni ki bağın, əkinin xeyrini bəylər görəcəkmiş....
Qidaların keyfiyyətinə gəlincə, bu cür neqativ halların qarşısını almaq üçün qidanın keyfiyyətinə dair tələblər ən sərt formaya gətirilməlidir. İcarədar seçimi zamanı yalnız maliyyə öhdəlikləri deyil, sahibkarın qida təhlükəsizliyi sahəsindəki peşəkarlığı və texniki bazası əsas götürülməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəmadi yoxlamaları ilə yanaşı, məktəblərdə tibb işçilərindən və valideyn komitələrindən ibarət daxili monitorinq qrupları fəaliyyət göstərməlidir. Bu qruplar bufetlərin sanitar vəziyyətini, məhsulların mənşəyini və son istifadə tarixlərini hər gün yoxlamaq səlahiyyətinə malik olmalıdır.

Eyni zamanda, məktəb bufetlərində satışı qadağan edilən məhsulların siyahısı genişləndirilməli, uşaqların sağlamlığı üçün risk yaradan süni rəngli, qazlı sular və mənşəyi məlum olmayan qəlyanaltıların satışı tam dayandırılmalıdır. Unutmamalıyıq ki, bufet təkcə bir icarə obyekti deyil, şagirdlərin sağlam böyüməsinə xidmət edən bir məkandır. Qayda pozuntularına yol verən icarədarlarla müqavilələr dərhal xitam edilməli və onların gələcəkdə bu sahədə fəaliyyətinə qadağa qoyulmalıdır. Şəffaflıq və ciddi ictimai nəzarət bu problemin köklü həllinin əsas yoludur.

Məktəb bufetlərində satılan məhsulların 90%-i birbaşa milli genefonda təsir edən qondarma qidalardır. İcarədarlar bufetlərə verdiyi malı o qiymətə verirlər ki satıcı da məcbur qalıb başqa üsullarla özünə pul qazanır ( Məsələn adi peraşkini bişirirərkən yağdan istifadə dəhşətlidir. Bir yağda 8 dəfə peraşki bişirirlir). Xeyrini ETN əməkdaşlarının gördüyü işin məsuliyyətini də məktəb direktoru daşıyır.
Mənim qəti qənaətim budur ki bu məsələdə ən böyük məsuliyyət ETN və onun rəhbərliyinin üzərinə düşür. Hüquq-mühafizə orqanları ciddi araşdırsa ortaya dəhşətli faktlar çıxar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 499   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.