Benzema bezib şikayətini geri götürdü

Benzema bezib şikayətini geri götürdüİspaniyanın "Real Madrid" klubunun və Fransa yığmasının hücumçusu Kərim Benzema onu keçmiş komanda yoldaşı Matye Valbuenanı şantaj etmək cəhdində təqsirli bilən məhkəmə qərarına etiraz etməyəcək.

Benzemanın vəkilinin sözlərinə görə, futbolçu apellyasiya şikayətini geri götürüb və bu qərarı təqsirini etiraf etdiyi üçün deyil, bu işdən "yorulduğu" üçün verib.

Xatırladaq ki, "Olimpiakos"un yarımmüdafiəçisi Matye Valbuenanın intim video ilə şantaj edilməsilə bağlı qalmaqallı hadisə 2015-ci ildə baş verib. İstintaqın versiyasına görə, Benzema videonun ictimailəşdirilməməsi üçün cinayətkarlarla Valbuena arasında vasitəçi rolunu oynayıb. Bununla bağlı qısa həbsdən sonra hücumçu istintaq altında olan şəxs statusunda sərbəst buraxılıb. Daha sonra Benzema Fransa millisində oynamaqdan uzaqlaşdırılıb.

Noyabrın sonunda Versal məhkəməsi Benzemanı bir il şərti cəzaya məhkum edib və 75 min avro cərimələyib. Benzemanın vəkilləri futbolçunun məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduğunu elan etmişdilər. Məsələyə iyunun 30-da və iyulun 1-də baxılması nəzərdə tutulurdu.

Qeyd edək ki, hücumçu 2021-ci ilin mayında milli komandaya qayıdıb və 2022-ci il dünya çempionatının seçmə turniri olan Avropa çempionatında çıxış edib, həm də Millətlər Liqasının qalibi olub.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 962   Tarix: 04 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mbappe Çempionlar Liqasında Messini geridə qoydu

"Real Madrid" klubunun ulduz futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında daha bir tarixi ana imza ataraq əfsanəvi Lionel Messinin uğurunu geridə qoyub. xəbər verir ki, istedadlı hücumçu bu nəticəyə Almaniyada "Bavariya"ya qarşı keçirilən və "kral klubu"nun 3:4 hesab

16.04.2026 586
.

"Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarıldı

Aprelin 30-u saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri "Neftçi"ni

27.04.2026 356
.

Qız voleybolçularımızdan böyük uğur - FOTOLAR

14 yaşadək qız voleybolçulardan ibarət "Möminə xatun" komandası Azərbaycan çempionatının bürünc medallarını qazanıb. "Şərq qapısı" xəbər verir ki, üçüncü yer uğrunda görüşdə komandamız "Şərqi Zəngəzur RVK" komandası ilə üz-üzə gəlib. Dərnəgüldəki Voleybol Mərkəzində keçirilə

29.03.2026 406
.

"Qarabağ" 7 qol vurub qalib gəldi

Misli Premyer Liqasında 26-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib

06.04.2026 710
.

Mbappe basketbolda da dəqiqdir - Video

Fransa millisinin düşərgəsində olan Kilian Mbappe maraqlı anlarla gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, o, komandanın paltardəyişmə otağında topu zibil yeşiyinə dəqiq ataraq basketbolda oynaya bildiyini də göstərib. Daha sonra ulduz futbolçu buna rəqs edərək sevinib

31.03.2026 683
.

"Sabah" finalda! - Video-Yenilənib

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq. "Sabah" doğma meydanda "Qarabağ"la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib. Xatırladaq ki, daha öncə "Zirə"

22.04.2026 497
.

"Real Sosyedad"ın baş məşqçisi ilkə imza atdı

"Real Sosyedad"ın baş məşqçisi Pelleqrino Mataratsso ilkə imza atıb. -ya istinadən xəbər verir ki, o, tarixdə ilk dəfə Avropanın top-5 liqalarından birinin klubunda kubok qazana bilən ABŞ-də anadan olmuş ilk baş məşqçi ünvanına sahib çıxıb. Belə ki, San-Sebastyan təmsilçisi komanda finald

19.04.2026 557
.

Neymar 2026-cı il dünya çempionatında oynayacaq?

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarı 2026-cı il dünya çempionatına çağırmaq niyyətində deyil. -ın xəbərinə görə, bu barədə "Globo"nun jurnalisti Andre Loffredo məlumat verib. "Ançelotti Neymarı dünya çempionatına çağırma

05.04.2026 395
.

Toralın kiçik qızının ad günündən - Görüntülər

"Qarabağ"ın futbolçusu Toral Bayramovun kiçik qızı Alinanın bir yaşı tamam olur. "Qafqazinfo" xəbər verir ki, futbolçu Bakıdakı restoranların birində qızına məclis edib. Məclisdən görüntülər sosial mediada yayılıb. Qeyd edək ki, futbolçu və bloqer xanımı Nəzrinin Havin adlı başq

01.04.2026 824
.

TOP MP3