Can boğazdan keçir və ya pəhləvan yeməyi – Ən çox sifariş edilən xörək
Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Süfrəmizin şahı sayılan plovun 200, dolmanın 20-i, lülə kababın 20-i növü mövcuddur. Bəs görəsən bu zəngin mətbəximizin hansı taamları dünyada tanınır, sevilir?
Lent.az-ın "dadlı" sualını Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü, bir sıra beynəlxalq kulinariya yarışının qalibi, aşpaz Səltənət Həsənova cavablandırır:
"Azərbaycan mətbəxində hələ qədimlərdən yeməklər ilin vaxtı, hava, yaş, həyat tərzi, yaşanan məkan nəzərə alınmaqla hazırlanıb. Dağın, aranın yeməkləri fərqli olub. Hər bölgəmizin özünün ayrılıqda zəngin mətbəxi var. Yeməkləri pəhriz, zahı qadının, xəstə, pəhləvan, gəlinin, bəyin, uşaqların, gənclərin və qocaların yeməkləri kimi qruplara bölərdilər. Nahaq yerə deyilməzdi-Can boğazdan keçir. Tarixən məlumdur ki, qonşu xalqların mətbəxlərinin bir-birinə təsiri olur.
Çin mətbəxi Tailand, Malayziya kimi ölkələrə təsir edib, SSRİ dönəmində rus mətbəxinin qardaş respublikalara təsiri var idi, Fransız mətbəxi Avropa mətbəxinə güclü təsir göstərmişdi. O cümlədən, Azərbaycan mətbəxi qonşu xalqların mətbəxlərinə güclü təsir edib. Türk xalqlarının mətbəxində mövcud olan əsas xəmir yeməklərinin hamısı ən qədimdən Azərbaycan mətbəxində hazırlanıb və yeni dadlar qazanıb. Azərbaycan mətbəxini öz təsirinə görə, Çin və Fransız mətbəxi ilə yanaşı qoymaq olar",- deyə aşpaz xanım qeyd edib. Bəs Azərbaycanın xarici ölkələrdə ən sevilən yeməkləri hansılardır və ya adı çəkiləndə Azərbaycan yada düşən hansı taamlarımız var? Səltənət xanımın dediyinə görə Azərbaycana gələn xarici qonaqlar da, xarici ölkələrdəki Azərbaycan mətbəxlərində də ən çox sifariş edilən yeməklərimiz kabab və plovdur.
"Ən çox tanınan yeməyimiz kabablardır. Həm dadına, həm də rahat hazırlandığına görə çox tanınır, bizim kabablarımızın öz xüsusi dadı-tamı var, buna görə çox bəyənilir. Dolma və ləvəngi də çox təbliğ olunur və əksər ölkələrdə çox bəyənilir. Xüsusən Şərq ölkələrində yeməklərimiz daha populyardır. Bir də, növündən asılı olmayaraq, zəfəranlı plov çox tanınır və sevilir. Əcnəbilər xüsusilə zəfəranın ətrinə görə bizim plovumuzu bəyəndiklərini qeyd edirlər",- deyən aşpazın sözlərinə görə, Azərbaycan mətbəxini dünyanın bütün mətbəxlərindən fərqləndirən əsas cəhət qonaqpərvərliyimizdir.
"Bizim süfrələrimizin şahı yeməklər yox, qonaqlarımızdır. Biz nemətlərimizi paylaşmağı, göstərməyi, sevdirməyi sevirik. Xaricdə bu xüsusi heyranlıqla qarşılanır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1629 Tarix: 04 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882