Qrip zamanı antibiotik tətbiq olunması yanlış yanaşmadır

Qrip zamanı antibiotik tətbiq olunması yanlış yanaşmadırBəzən deyirlər ki, qrip olanda antibiotik qəbul etmək xəstəliyi sağaldır. Bu, tamamilə yanlış yanaşmadır. Həkimlər bildirirlər ki, qrip və digər infeksiyaların müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz.

Həkim-terapevt Yeganə Cəfərova deyib: "Qrip kompleks müalicə və istirahət tələb edir. Xəstədə hərarət varsa, temperaturu aşağı salmaq üçün preparatlardan istifadə edilməli, immuniteti yüksəldən digər üsullar tətbiq olunmaqla ağırlaşmanın qarşısı alınmalıdır. Antibiotiklərdən qripin ağırlaşması zamanı yaranan pnevmokoklara qarşı mübarizə aparmaq üçün istifadə olunur".

Antibiotiklər virusa təsir etmir. Onlar yalnız bakterial infeksiyalar zamanı səmərəli təsir göstərir. Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemi gücləndirmək daha məqsədəuyğundur.

Həkim-infeksionist Elvin Ağayev deyib: "Ümumiyyətlə, farmakoloji olaraq antibiotik preparatların virus xəstəliklərinə təsirinin izahı yoxdur. Bununla yanaşı, şəxsi praktikada və tibbi ədəbiyyatda müəyyən hallarda antibiotik dərmanlardan sonra virus xəstəliklərinin gedişatında müsbət dəyişikliklər müşahidə olunur. Lakin onun səbəbi hələ aydınlaşdırılmayıb".

Mütəxəssislər deyirlər ki, qrip olanda çoxlu maye qəbulu vacibdir. Bundan başqa hərarət yüksək olduqda xəstə mütləq yuxu rejiminə diqqət yetirilməlidir. Qrip zamanı, həmçinin ət və ağır zülallı qidalardan imtina etmək lazımdır. (AZƏRTAC)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1106   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 535
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 266
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 588
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 627
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26.10.2026 867
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 919
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 524
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 852
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 245
.