"Covid-19"dan sonra ən yoluxucu virus - Məktəbləri bağladılar

"Covid-19"dan sonra ən yoluxucu virus - Məktəbləri bağladılarŞimal yarımkürəsində sürətlə yayılan H3N2 virusu artıq Yaponiya və Avstraliyada genişmiqyaslı epidemiyalara səbəb olub. Böyük Britaniyada qrip mövsümü gözlənildiyindən daha tez başlayıb. Yay ayları ərzində bir neçə mutasiyaya uğraması nəticəsində virusun yeni variantı mövcud peyvəndlərə qarşı daha davamlıdır və xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaradır.

Milli.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, H3N2 virusu yay ərzində yeddi fərqli mutasiyaya məruz qalıb. Mövcud qrip peyvəndlərinin bu yeni formaya qarşı qoruyuculuğu aşağı olduğu üçün Avropa və Asiya ölkələrində narahatlıq artır.

Yaponiyada yoluxmaların sürətlə artması nəticəsində hökumət ümummilli epidemiya elan edib. Bir çox bölgələrdə məktəblər müvəqqəti bağlanıb. Avstraliyada da səhiyyə qurumları rekord sayda yoluxma halı qeydə alındığını açıqlayır.

H3N2-nin yeni variantı klassik qrip simptomları - qızdırma, öskürək, burun axması - ilə özünü göstərsə də, xüsusilə uşaqlarda və yaşlılarda daha ağır keçir.

Həkimlər bildirirlər ki, virusun mutasiyaları immun sisteminin onu tanımasını çətinləşdirir və xəstəliyin daha uzun və ağır keçməsinə səbəb olur.

Bununla belə, mütəxəssislər panikaya ehtiyac olmadığını bildirir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 854   Tarix: 22 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

100 yaşdan çox yaşayanların ortaq 5 sirri

Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar

04.10.2026 374
.

Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?

Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro

22.09.2026 426
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

06.10.2026 360
.

Bir çox xəstəliyinizin dərmanıdır

Zəncəfil həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi uzun illərdir istifadə olunur. Tərkibindəki antioksidant və iltihabəleyhinə maddələr sayəsində orqanizm üçün bir çox faydası var. Axşam.az xəbər verir ki, mütəxəssislər bundan miqdarında istifadə etməyi məsləhət görür. Həzm sistemini yaxşılaşdırı

26.09.2026 296
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

07.10.2026 374
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 335
.

Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı

Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi

01.10.2026 558
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 341
.

D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu

D vitamini orqanizmdə sümük sağlamlığından immun sisteminin fəaliyyətinə qədər bir sıra mühüm proseslərdə iştirak edir. Lakin bu maddənin qəbulu ilə bağlı cəmiyyətdə hələ də müxtəlif fikirlər mövcuddur. Qaynarinfo xəbər verir ki, endokrinoloq Karin Amrayn D vitamini çatışmazlığı baxımından daha yüksə

23.09.2026 484
.