Ermənilərin yemək saxtakarlığı - Milli yeməklərimizi öz adlarına çıxırlar - VİDEO
Uzun illərdir Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrini özününküləşdirməyə çalışan Ermənistan bizə məxsus milli yeməkləri də öz adına çıxarır. Dəfələrlə belə halların şahidi olmuşuq. Hətta onların çap etdirdikləri kitablarda da göstərilən yeməklərin demək olar ki, əksəriyyəti bizim mətbəxə aiddir. Müxtəlif dillərdə nəşr olunan bu kitablar vasitəsilə Ermənistan kulinariyasının təbliğatı aparılır.
Verilişlərin birində aparıcı ilə Ermənistanın məşhur müğənnilərindən olan Emmi Becanyan arasında keçən bu dialoq əslində Ermənistanın mətbəx saxtaxarlığının ən bariz nümunəsidir. Görüntülərdən də aydın olur ki, dolmanı öz milli yeməyi sayan erməni müğənni bu yemək haqqında bir kəlmə də danışa bilmir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyir ki, Azərbaycan mətbəxinin ermənilər tərəfindən mənimsənməsi 1940-ci illərdən başlayıb. Onun sözlərinə görə, ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin onlara məxsus olduğuna inandırmağa çalışıblar.
Tahir Əmiraslanov deyir ki, erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş "Gənc aşpaz" kitabında 243 yemək resepti göstərilsə də, aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Onun sözlərinə görə, peşəkar aşpazın erməni tələbələr üçün yemək kitabı yazaraq erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməməsi ümumiyyətlə Ermənistan mətbəxinin saxtakarlıq üzərində qurulmasını göstərir.
Tahir Əmiraslanov deyir ki, bundan sonra da bütün beynəlxaq platformalarda Ermənistanın saxtakarlıqlarına qarşı mübarizə aparılacaq.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1141 Tarix: 16 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 70 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 288 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 274 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 268 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı
10:13 109 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 298 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 311 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
10.11.2026 305 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 298