Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdırNoyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xarici dövlət başçılarının keçirilən tədbirlərdə iştirakı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərin təqdimatı olub. Vaxtı ilə mənfur düşmən tərəfindən xarabaya çevrilən bu torpaqlarda bu gün yeni həyat yaşanır, kəndlər və şəhərlər yenidən tikilir, sosial və digər obyektlər açılır, illərdə məcburu köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurdlarına qayıdırlar.
İlk olaraq noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində bir sıra mühüm açılışlar keçirilib. Cəbrayıl rayonunun Soltanlı kəndinin, Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələlərinin açılışı günü sakinlərə yeni evlərin açarları təqdim edilib. Ümumilikdə isə bu İki kəndə 700-ə yaxın ailənin qayıdışı nəzərdə tutulub. Həmin gün Zəngilan Şəhər Təhsil Kompleksinin və istehsal müəssisəsi istifadəyə verilib.
Ölkə başçısının iştirakı ilə Ağdamda sənaye müəssisələrinin açılışı, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, Xankəndidə stadionun istifadəyə verilməsi, Qarabağ Universitetinin kitabxanası və İnnovasiya Mərkəzinin binalarının təməlinin qoyulması, Universitet klinikasının təcili tibbi yardım şöbəsinin açılışı keçirilib, Şuşa Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib. Həmin gün Qarabağ Universitetinin Kitabxana və İnnovasiya Mərkəzinin təməlinin qoyulub. Universitet klinikasının fəaliyyətə başlaması isə bu ərazilərdə məskunlaşan sakinlər üçün əhəmiyyətli hadisə olmuşdur.
Ağdamda sənaye müəssisələrinin açılması Böyük Qayıdışın iqtisadi əsaslarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə başçısı Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin, "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. Bu işlər ilk növbədə burada yaşayan insanların məşğulluq problemlərinin həllində böyük köməklik olacaqdır.
Bu səfərlərin mühüm cəhətlərindən biri Prezident İlham Əliyevin quruculuq prosesinə bilavasitə nəzarət etməsidir. Dövlət başçısının mütəmadi olaraq azad edilmiş ərazilərə gəlməsi, layihələrin gedişi ilə yerində tanış olması, açılış və təməlqoyma mərasimlərində iştirakı, müvafiq tapşırıqlar verməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu nümayiş etdirir. Rəsmi məlumatlara əsasən, son beş ildə Prezident azad edilmiş ərazilərdə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif sahələr üzrə yüzlərlə layihənin təməlini qoyub. Bu göstəricilər dövlət başçısının həmin tarixi missiyaya verdiyi siyasi əhəmiyyəti və prosesin davamlı xarakterini ifadə edir.
Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına təbrik ünvanlayıb. Xalqa təbrikində Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən, Ermənistanın təslim olmağa məcbur edilməsindən və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının tarixi nəticələrindən bəhs etdi.
Prezident müraciətində işğal illərində xarici təzyiqlərə baxmayaraq, mövqeyini dəyişmədiyini xatırladıb: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər".
Dövlət başçısı Qələbənin əldə edilməsində müasir silahların və peşəkarlığın rolunu qeyd etsə də, əsas amili belə ifadə edib: "Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi".
Prezident İlham Əliyevin xalqa təbrikində xüsusi yer verdiyi məsələlərdən biri milli-mənəvi dəyərlər və Azərbaycançılıq məfkurəsidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Ölkəmizdə yaşayan bütün etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin vahid ailə kimi yaşamasını təmin edən əsas fəlsəfə Azərbaycançılıq məfkurəsidir. Bu ideya vətəndaş həmrəyliyinin, milli birliyin və dövlətçiliyə bağlılığın əsasını təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsində mühüm yer tutan Azərbaycançılıq ideologiyası xalqın vahid amal ətrafında birləşməsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu məfkurə milli kimliyimizin qorunmasını və cəmiyyətin bütün təbəqələrinin ümumi məqsədlər ətrafında səfərbər olunmasını nəzərdə tutur. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin bariz nümunəsinə çevrildi. Cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi, hərbçilərimizə göstərilən mənəvi dəstək və qələbəyə inam müharibənin gedişində mühüm amillərdən oldu. Azərbaycançılıq məfkurəsi bu baxımdan yalnız tarixi ənənələrin qorunması deyil, həm də müasir Azərbaycan dövlətinin inkişafını, milli həmrəyliyini və gələcək hədəflərini müəyyənləşdirən ideoloji əsasdır.
Müraciətdə səsləndirilən "Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" fikri ölkənin strateji hədəflərini ifadə edir. Bu hədəflər müdafiə potensialının gücləndirilməsini, iqtisadi müstəqilliyin möhkəmləndirilməsini, siyasi sabitliyin qorunmasını və dövlət suverenliyinin etibarlı təmin edilməsini nəzərdə tutur. Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Altı il əvvəl Şuşanın azad edilməsi ilə nəticələnən tarixi Qələbə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü ildə dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunması isə həmin prosesin mühüm tamamlanma mərhələsi oldu.
Prezident İlham Əliyevin səsləndirdiyi Zəfər mesajı bir daha göstərir ki, 8 Noyabr yalnız tarixi Qələbənin növbəti ildönümü deyil, eyni zamanda, Azərbaycanın müstəqillik, suverenlik və milli birlik ideyalarının təntənəsidir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 71   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 405
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 272
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 279
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 326
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 286
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 248
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 368
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 305
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 292
.