Xankəndidən səslənən Zəfər mesajı

Xankəndidən səslənən Zəfər mesajı8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra qarşıya qoyulan inkişaf hədəflərini də əks etdirir. Bu gün Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması, quruculuq işlərinin aparılması və yeni layihələrin həyata keçirilməsi tarixi ədalətin bərpasının real nəticələridir.

Prezident İlham Əliyevin 2020-ci ildə səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida" bəyanatı Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətiyyətli mövqeyini bütün dünyaya nümayiş etdirmişdi. Bu, işğalla heç vaxt barışmayacağını bildirən Azərbaycan dövlətinin siyasi iradəsinin ifadəsi idi. Dövlət başçısının Zəfər Günü münasibətilə müraciətində vurğuladığı kimi, həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də məhz Xankəndidə qoyuldu. Sentyabrın 19-da başlanan və bir gün davam edən antiterror tədbirləri nəticəsində bölgədəki Ermənistan silahlı qüvvələrinin birləşmələri zərərsizləşdirildi, Azərbaycanın konstitusiya quruluşu bərpa olundu. Bununla da ölkəmizin bütün ərazisində dövlət suverenliyi təmin edildi. Beləliklə, 2020-ci ilin noyabrında Vətən müharibəsində əldə olunan tarixi Qələbə 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə məntiqi tamamlanmasına çatdı. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticəsi kimi müasir dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir.

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə uzun illər ərzində həyata keçirilən dövlət quruculuğu, iqtisadi inkişaf və ordu quruculuğu siyasətinin nəticəsi idi. Prezident İlham Əliyev müraciətində bu tarixi uğuru şərtləndirən amillərə toxunaraq xalqımızın milli ruhunu, hərbçilərimizin qəhrəmanlığını və ordumuzun döyüş qabiliyyətini xüsusi qeyd edib. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi işğaldan azad edib. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini faktiki olaraq həll edib. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub. Nəticədə döyüş meydanında hələ azad edilməmiş digər ərazilər də bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarılıb.

Prezident İlham Əliyevin müraciətində diqqətə çatdırdığı mühüm faktlardan biri müharibə zamanı Azərbaycan Ordusunda fərarilik hallarının qeydə alınmamasıdır. Dövlət başçısının bildirdiyinə görə, Ermənistan rəhbərliyinin etirafına əsasən, həmin ölkənin ordusunda 12 minə yaxın fərari olub. Bu müqayisə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun müharibənin nəticələrindəki rolunu göstərir. Dövlət başçısı ordunun müasirləşdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müntəzəm təlimlərin keçirilməsi və Silahlı Qüvvələrin müasir texnika ilə təchiz olunmasının Qələbədə mühüm rol oynadığını bildirib. Bununla yanaşı, xalqın milli ruhu və işğalla barışmamaq iradəsi də qələbəyə aparan əsas qüvvələrdən olub.

Prezident İlham Əliyevin müraciətində diqqət çəkən məqamlardan biri Xankəndidə Zəfər Muzeyinin yaradılması ilə bağlı açıqlaması olub. Dövlət başçısının bildirdiyinə görə, muzeyin yerləşəcəyi bina vaxtilə Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin mərkəzlərindən biri olub. Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında həmin binaya ilk səfəri zamanı pəncərələri açaraq oradakı "şeytan ruhunun" çəkilməsini istədiyini xatırladıb. Hazırda binada Zəfər Muzeyinin yaradılması üzrə son tamamlama işləri aparılır. Vaxtilə separatçı fəaliyyətin həyata keçirildiyi binanın Azərbaycanın tarixi Qələbəsini və şəhidlərimizin qəhrəmanlığını əks etdirən muzeyə çevrilməsi tarixi yaddaş baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin sözlərinə görə, həmin binada fəaliyyət göstərmiş hərbi cinayətkarlar bu gün Bakıda həbsdədirlər və cəzalarını çəkirlər.

Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi olub. Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər dağıdılıb, tarixi-mədəni abidələrə, məscidlərə və digər dini məkanlara ciddi zərər vurulub. Azərbaycan dövləti hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır, yaşayış məntəqələrini yenidən qurur, müasir infrastruktur yaradır.

Hazırda azad edilmiş ərazilərdə 97 min insan yaşayır, təhsil alır və çalışır. "Böyük Qayıdış" Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Yeni yaşayış komplekslərinin, məktəblərin, tibb müəssisələrinin, yolların və digər infrastruktur obyektlərinin inşası bölgənin sosial-iqtisadi inkişafı üçün imkanlar yaradır. Sənaye və kənd təsərrüfatı layihələri, məşğulluq imkanlarının genişləndirilməsi isə ərazilərin iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycan Qələbədən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə kifayətlənməyib, azad edilmiş torpaqlarda dayanıqlı məskunlaşma və iqtisadi inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərinə çevirib. "Böyük Qayıdış" tarixi Qələbənin nəticələrinin insanların gündəlik həyatında təzahür etməsinin mühüm göstəricisidir.

Adil Hüseynov
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 55   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 405
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

10.11.2026 272
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 279
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 326
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 286
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 248
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 368
.

Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı

İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi

10.11.2026 305
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 292
.