İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib.
Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələdə isə mərasim zalında Çarentsin büstü də qoyulacaq.
İranın təxribat xarakterli təşəbbüsdə iştirakı Azərbaycanın tarixi-mədəni irsinə münasibət məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, Göy məscid XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş tarixi Azərbaycan abidəsidir.
Deputat əlavə edib ki, məscid Hüseynəli xanın hakimiyyəti dövründə, 1765-1766-cı illərdə tikilib:
"Tarixi adı Göy məscid, Göy cami və Hüseynəli xan məscidi kimi tanınır. İrəvan şəhərinin müsəlman əhalisinin əsas dini və ictimai mərkəzlərindən biri olub. Məsciddə Səfəvi dövrü memarlığının xüsusiyyətləri görünür. Sovet dövründə burada dini fəaliyyət dayandırılıb, bina muzey və digər dünyəvi məqsədlər üçün istifadə edilib. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra abidənin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırıldı. Göy məscidin ilkin memarlıq üslubu və tarixi-mədəni özünəməxsusluğu dəyişdirilib, aparılan bərpa və yenidənqurma işləri nəticəsində abidənin orijinal memarlıq xüsusiyyətləri farslaşdırılıb. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara "Fars məscidi" kimi təqdim edirlər".
P.Vəliyeva əlavə edib ki, kimin maliyyəsi ilə rekonstruksiya olunmasından asılı olmayaraq, bu, azərbaycanlılara məxsus tarixi abidədir:
"Onun Azərbaycan tarixindəki yeri də məhz İrəvan xanlığının Azərbaycan xanlıqlarından biri olmasıdır. Abidənin adının dəyişdirilməsi və ya farslaşdırılması tarixin saxtalaşdırılmasıdır. Bu cəhdlər Ermənistanda qalan azərbaycanlılara məxsus irsin sistemli və məqsədyönlü şəkildə məhvinə və saxtalaşdırılmasına yönəlmiş siyasətin tərkib hissəsidir. Yeni ad verilsə belə, yazılan tarixi silmək mümkün deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 75 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə
12:02 250 Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi
12:15 194 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
11:16 240 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi
Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnısı hesab olunur. "Atabarı" dəfələrlə müxtəlif ifaçıların repertuarın
12:19 195 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
16:52 105 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
11:00 225 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
16:20 142 Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf
12:30 191 Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar
ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev
10:30 231