Kosmetoloq Günay Əliyeva: "Demək olar ki, sifətinin yarısı yox idi…"
Estetik tibb həkimi, kosmetoloq Günay Əliyeva bir ildən artıqdır ki, Vətən Müharibəsi iştirakçılarına pulsuz yardım edir.
Bu günə qədər müxtəlif çapıq, yanıq izləri olan yüzə yaxın hərbçi onun qəbulunda olub, ürək ağrıdan hekayələrini mütəxəssislə bölüşüblər.
Media.Az-a açıqlama verən Günay Əliyeva qəhrəman hərbçilərimizin fədakarlıq nümunələrindən bəzilərini bizə nəql edib.
"Məni xüsusilə Samuratın əhvalatı təsirləndirdi, mərmi onlara tərəf uçan zaman o və bir neçə başqa əsgər səngərdə olublar. Silahdaşları onu mərmi tutmasın deyə, sipər olaraq qarşısında dayanıblar. Bunun sayəsində Samurat sağ qalsa da, onlar şəhid olublar", - kosmetoloq-həkim bildirib.
Günay Əliyeva Samuratın sonrakı taleyini isə belə nəql edir:
"Onun bədəninin bir hissəsi çox ağır formada zədələnmişdi, demək olar ki, sifətinin yarısı yox idi. Bədəni xəstəxanaya aparılan zaman tərpənməsin və çoxlu qan itirməsin deyə o, təcili yardım maşınında canını onun sağ qalması üçün fəda etmiş hərbçilərin arasına uzadılıb. Özünün dediyi kimi, silahdaşları şəhid olsa da, onun sağ qalması üçün hər şey ediblər. YAŞAT fondunun dəstəyilə Samurat Türkiyəyə əməliyyata göndərilib".
Kosmetoloq-həkim qeyd edib ki, müharibənin ən çətin anlarında hərbçilərimizə yaxın olan dostlarının onların gözləri qarşısında necə öldüyünə dair hekayələri dinləmək çox çətindir:
"Məsələn, xüsusi təyinatlı dəstənin hərbçisi ölmüş dostunu çiynində səngərdən çıxarmaq istəyərkən necə yaralandığı barədə hekayəsini danışmışdı. Başqa bir müharibə qazisi isə atəş nəticəsində onlarla silahdaşının arasından yalnız özünün necə sağ qalmasını nəql edirdi. Niyə yalnız özünün sağ qaldığı sualı ona əzab verdiyi üçün psixoloji yardım alırdı. O, gecələr hələ də yaxşı yata bilmir. Bəzi hərbçilərin çox dərin psixoloji sarsıntıları var. Onları dinləmək çox çətindir, amma mən bunu məmnunluqla edirəm, onlara mənəvi cəhətdən də kömək etməyə çalışıram. Artıq bir çoxları ilə dostluq edir, görüşür, ad günlərini və digər bayramları birgə qeyd edirik…"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1682 Tarix: 16 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur
15.08.2026 143 Məktəblər BU TARİXDƏ BAŞLAYACAQ - Rəsmən elan edildi
Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur. Bəs belə bir dəyişikli
15.08.2026 405 Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
15.08.2026 137 Süni intellekt rəqabəti: ABŞ dövlətləri Çinlə texnoloji tərəfdaşlıqdan çəkindirir
ABŞ 35 ölkəyə Birləşmiş Ştatların və Çinin texnoloji təşəbbüsləri arasında seçim etməyin vacibliyi barədə xəbərdarlıq göndərməyə hazırlaşır. Pekinin rəqabətli təşəbbüsündə iştirak edən ölkələr Vaşinqtonun liderlik etdiyi koalisiyadan çıxarılacaq. xəbər verir ki, bu barədə "Reuters" məluma
15.08.2026 144 Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə
15.08.2026 166 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskl
14.08.2026 520 NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin
15.08.2026 204 Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
15.08.2026 142 XƏBƏRDARLIQ! Ayrı-ayrı yerlərdə leysan xarakterli YAĞIŞ YAĞACAQ - PROQNOZ
Yaxın iki gün ərzində - avqustun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyini
15.08.2026 194