Rusiya ABŞ məhkəməsindən YUKOS işi üzrə icraatın dayandırılmasını uzatmağı xahiş edib

Rusiya ABŞ məhkəməsindən YUKOS işi üzrə icraatın dayandırılmasını uzatmağı xahiş edibRusiya ABŞ-ın Kolumbiya dairəsinin federal məhkəməsindən YUKOS şirkətinin keçmiş səhmdarlarının Rusiyadan 50 milyard ABŞ dolları almağa çalışdığı məhkəmə prosesinin icraatının dayandırılmasının müddətini uzatmağı xahiş edir.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya YUKOS işi üzrə paralel proses çərçivəsində Amsterdam Apellyasiya Məhkəməsinin qərarına qədər məhkəmə icraatının dayandırılması ilə bağlı ABŞ məhkəməsinə müraciət edib.

Haaqa Daimi Arbitraj Məhkəməsinin vasitəçiliyi ilə yaradılmış beynəlxalq arbitraj məhkəməsi 2014-cü ildə Rusiyanın YUKOS-un keçmiş səhmdarları ilə bağlı olan "Yukos Universal", "Hulley Enterprises" və "Veteran Petroleum" şirkətlərinə 50 milyard ABŞ dollarından çox vəsait ödəməsinə dair qərar qəbul edib.

Bu hökmdən Haaqa Rayon Məhkəməsinə şikayət verilib və qərar Rusiya dövlətinin xeyrinə olub. Lakin 2020-ci ilin fevralında elə Haaqadakı Apellyasiya Məhkəməsi Rayon Məhkəməsinin qərarını ləğv edib və arbitraj qərarlarını bərpa edib. 2020-ci ilin mayında Rusiyanın Niderlandın Ali Məhkəməsinə kassasiya şikayəti verdiyi açıqlanıb.

Ali Məhkəmə 2021-ci ilin noyabrında Haaqa Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək Rusiyanın kassasiya şikayətini bir bənd üzrə - YUKOS-un keçmiş səhmdarlarının arbitraj prosesində saxtakarlığa yol verməsi ilə bağlı - təmin edib. Amsterdam Apellyasiya Məhkəməsi məhz bu məsələ ilə bağlı qərarı yenidən nəzərdən keçirməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 264
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 188
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 189
.

PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?

Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl

00:58 248
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 210
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

14:13 190
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 212
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11:17 308
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 321
.