Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilibDekabrın 9-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən "Heydər Əliyev guşəsi"ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən öncə mərasim iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş bəhs edib.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən söz açan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Onun istefa verdiyi vaxtdan, yəni, 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, hərtərəfli köklü islahatlar həyata keçirilib, bütün sahələrdə misli görünməmiş uğurlar əldə olunub. Prezident İlham Əliyevin dərin zəkası, zəngin bilikləri, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm Qələbəmizi şərtləndirib. Nəticədə 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışıb.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin mükəmməl siyasi strategiyası və gərgin əməyi ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına mühüm töhfələr verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə, Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.

Çıxışının sonunda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü Azərbaycana həsr edərək milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının ümummilli lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilibÜmummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilibÜmummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilibÜmummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilibÜmummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilibÜmummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Hərbi Prokurorluqda anım mərasimi keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1143   Tarix: 09 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şakira həbs olunacaq?

Müğənni Şakiranın vergi fırıldaqçılığı ilə bağlı yeni xəbər var. xəbər verir ki, İspaniyanın Ali Məhkəməsi Şakira barəsində bəraət qərarı çıxarıb. Xatırladaq ki, bir neçə il əvvəl Şakira İspaniyaya vergi ödəməkdən yayınmaqda ittiham olunub. Söhbət 14,5 milyon avro məbləğindən gedib. 2022-ci ildə po

19.05.2026 425
.

İsrail ordusu bildirib ki, İsrailin şimalında sirenlər işə salan Hizbullah pilotsuz təyyarəsi ələ keçirilib

Hərbçilər bildiriblər ki, bir müddət əvvəl Livandan atılan Hizbullah pilotsuz təyyarəsi ələ keçirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, pilotsuz təyyarə bir neçə sərhəd icmasında siren səsləri çıxardı. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

19.05.2026 357
.

Yorğunluq deyib keçməyin: Bu, emosional tükənmə ola bilər

Rusiyalı psixoterapevt Anton Qrebenyukov bildirib ki, emosional tükənmə bəzən adi yorğunluq kimi görünə bilər. Ölkə.az " "ya istinadla xəbər verir ki, onun sözlərinə görə, emosional tükənmənin əsas əlamətləri arasında əsəbilik, davamlı yorğunluq, daxili boşluq hissi, insanlara qarşı laqeydlik

19.05.2026 380
.

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntını

19.05.2026 480
.

Oğlu "Mango"nun qurucusunun qətlində şübhəli bilinir - Həbs olundu

İspaniyanın "Mango" geyim dizaynı və satışı şirkətinin qurucusu, milyarder İsak Andikin oğlu Conatan Andik atasının qətlində şübhəli bilinərək həbs edilib. Axşamaz. xəbər verir ki, "El Pais" nəşrinin məlumatına görə, 45 yaşlı Conatan Andik bir müddətdir məxfi saxlanılan istintaq çərçivəsind

19.05.2026 338
.

Qadağan olunmuş ovun hüquqi nəticələri

"Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması ilə bağlı tələblərin pozulmasına görə ciddi cərimələr nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki

19.05.2026 407
.

Bakı forumu qlobal urbanizasiyaya töhfə verəcəkdir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu, WUF13-ün qlobal miqyasını və Bakının beynəlxalq platforma kimi artan çəkisini bir daha nümayiş etdirdi. Forum keçirilən məkanda Azərbaycan Prezidenti İlham Əliyev "Euronews"

19.05.2026 390
.

AzTU-nun daha bir tələbəsi qəfil vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) MBA Proqramının I kurs tələbəsi Məmməd Məmmədli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Tələbənin ürəktutmadan vəfat etdiyi bildirilib. Qeyd edək ki, ötən gün universitetin daha bir tələbəsi Elnur İslamlı da qəfi

19.05.2026 557
.

Pensiyaçılara SEVİNDİRİCİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə BİG.AZ-a nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna mali

19.05.2026 553
.

TOP MP3