17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO

17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTOBu ilin 9 may tarixində Göyçay rayonunun XXXX kəndində 2002-ci il təvəllüdlü Fatimə Muradovanın (ad və soyadlar şərtidir) evdə boğularaq qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Fatmanı qətlə yetirən dayısı, 1989-cu il təvəllüdlü Vasif Babayev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı faktlar üzə çıxıb.

İstintaq zamanı müəyyən edilib ki, Fatimə Muradova 2019-cu ildə məktəbi bitirdikdən sonra nişanlanıb və nişanlısı ona telefon hədiyyə edib. Lakin o, nişanlandıqdan 1 ay sonra telefonda tanış olduğu Tərtər rayon sakininin yanına qaçıb və bir neçə ay orada yaşayıb. 2019-cu ilin noyabr ayında isə o, Tərtərdə qeyri-rəsmi nikahda yaşadığı şəxsi ataraq xəbərsiz şəkildə itib. Həmin vaxt polis Fatiməni itkin düşmüş şəxs kimi axtarıb və bu barədə saytlarda da elanlar verilib. Bir müddət sonra Fatimənin Bakıda yaşadığı, Tiktok sosial şəbəkəsində müxtəlif əxlaqsız videolar paylaşdığı, müxtəlif şəxslərlə birgə yaşadığı məlum olub. 2021-ci ildə isə o, Göyçaya dayısının evinə gedib. Qətl hadisəsi də bundan sonra baş verib.

İstintaqa ifadə verən təqsirləndirilən şəxs bacısı qızının hərəkətləri ucbatından biabır olduqlarını, onun heç cür islah olmadığını, evdə qohumlarının yanında, azyaşlılarla birlikdə olarkən də söyüşlə danışdığını, əxlaqa sığmayan hərəkətlər etdiyini bildirib. Qətlə yetirilən qızın atası və anası da deyilənləri təsdiq edib və V.Babayevdən şikayətçi olmadıqlarını bildiriblər.

32 yaşlı, 3 azyaşlı uşaq atası olan Vasif onu da bildirib ki, hadisə baş verməmişdən bir gün əvvəl, yəni mayın 8-də bacısına onun qızını öldürmək fikrində olduğunu deyib. Hərəkətlərinə davam edən qız isə dayısında onu öldürməyə cürətin olmadığını deyərək onu ələ salıb. Həmin gün hamamda yuyunduqdan sonra evdə doğmalarının yanında hamam xalatı ilə gəzən, ailə üzvlərinə açıqca hörmətsizlik edən gənc qız gecə saatlarında telefonda tanış olduğu oğlanla danışaraq onu sabahısı gün Lahıca, oradan da Bakıya aparmasını deyib. Gecə saat 3-dək Fatimənin yatmadığını görən Vasif səhər saat 6 radələrində onun artıq yatdığını görərək otağına daxil olub və qızı yatdığı yerdə boğaraq öldürüb. Daha sonra hadisə yerinə gələn Fatimənin anası huşunu itirərək yıxılıb. Bundan sonra Vasif Babayev qızı qaz sobası olan otağa apararaq onun guya dəm qazından boğularaq ölməsi təsəvvürünü yaratmağa çalışıb və təcili tibbi yardıma müraciət edilib. Lakin az sonra törətdiyi əməlin üstünün açılacağını düşünən şəxs onu qətlə yetirdiyini etiraf edib.

Məhkəmədə ifadə verən şəxslər V.Babayevin dediklərini təsdiq ediblər. Fatimənin yanına qaçdığı Tərtər sakini isə bildirib ki, Fatimə ilə sentyabrda instaqramda tanış olub və daha sonra o, qaçaraq Tərtərə onun yanına gəlib. Bir müddət sonra isə Fatimə gecə saatlarında evdən qaçıb və yalnız 1 ay yarımdan sonra onun Bakıda olmasını Tiktokdan öyrənib. O, daha sonra bildirib ki, ailəsi Fatiməni tapdıqdan sonra onun yanına qaytarmaq istəsə də, Fatiməni qəbul etməyib və onunla birlikdə ailə kimi yaşaya bilməyəcəyini deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsi Fatiməni qətlə yetirən 32 yaşlı dayısının 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verib.

17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda tiktoker oldu - ŞOK TƏFƏRRÜAT - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 16295   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 384
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 191
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 225
.

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11:48 222
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 143
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 299
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 329
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 222
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 205
.