Universitetin qarşısında kütləvi dava - 2 nəfər bıçaqlandı

Universitetin qarşısında kütləvi dava - 2 nəfər bıçaqlandıBakıda kütləvi dava olub.

Redaktor.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1768   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş