Polşa hakim partiyasının sədri: "Almaniya 4-cü Reyxi qurmaq istəyir"

Polşa hakim partiyasının sədri: "Almaniya 4-cü Reyxi qurmaq istəyir"Polşanın hakim "Hüquq və Ədalət" Partiyasının qurucusu və sədri Yaroslav Kaçinski Almaniyanın siyasətini tənqid edib.

"Report" xəbər verir ki, bu barədə "Wirtualna Polska" məlumat yayıb.

Kaçinski qeyd edib ki, Almaniya 4-cü Reyxi qurmaq istəyir, lakin Polşa buna imkan verməyəcək.

Oktyabrın sonunda Avropa İttifaqı Varşavaya məhkəmələrin islahatı üçün gündə bir milyon avro cərimə ödəməyə qərar verdikdən sonra Polşa ilə birlik arasında münasibətlər pisləşib.

Deputat Yanuş Kovalskinin sözlərinə görə, Avropa İttifaqı Polşaya qarşı "hibrid" müharibənin yeni mərhələsinə başlayıb. O, hökuməti Brüsseldə qanunun aliliyi bərpa olunana qədər təşkilatı boykot etməyə və onun bütün qərarlarını əngəlləməyə çağırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 343   Tarix: 05 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar