"Soyuq əllər, isti ürək"də əyləncə proqramı ləğv olundu

"Soyuq əllər, isti ürək"də əyləncə proqramı ləğv olunduBu axşam Bakıda açılışı baş tutacaq "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında planlaşdırılmış əyləncə proqramı ləğv olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı "Nargis" Fondu instaqram hesabında məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, sözügedən qərar ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olması ilə əlaqədar verilib.

"Açılışda heç bir musiqi olmayacaq, böyüklər və uşaqlar üçün planlaşdırılmış əyləncə proqramı isə təxirə salınır", - paylaşımda yazılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2209   Tarix: 01 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş