Elçin Quliyev: "Yaralılarla telefonda danışmışam"
"Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır".
Oxu.Az-ın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.
O, bu gün brifinq keçirərək baş vermiş helikopter qəzası ilə bağlı danışıb:
"Fürsətdən istifadə edərək həlak olmuş şəhidlərimizlə əlaqədar onların valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralananlarla əlaqədar qeyd etmək istərdim ki, hal-hazırda onların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır və həkimlərimiz tərəfindən onların sağlamlığının bərpa olunması üzrə zəruri tədbirlər görülməkdədir.
Onu da qeyd etmək istərdim ki, hadisə haqqında mənə məruzə edilərkən dərhal tərəfimdən göstəriş verilmiş, mənimlə bərabər Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri hadisə yerinə hərəkət etmişik. Hadisə yerini Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Hərbi Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə ilkin müayinə etmişik. Müayinə edildikdən sonra tərəfimizdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevə hadisə haqqında məruzə edilmişdir. Cənab Prezident tərəfindən hadisənin təfərrüatlarının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbçilərimizin müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1100 Tarix: 30 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı
Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobild
16.08.2026 184 Azərbaycanda general vəfat etdi - FOTO
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib. General sabah dəfn olunacaq. Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir. Qeyd edək ki, Abbasəli Ramaza
16.08.2026 216 NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
Fransa, Almaniya və Böyük Britaniya Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair gələcək danışıqların formatı üzərində işləyir, məqsəd danışıqlar masası arxasında Avropanın yerini təmin etməkdir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" beş avropalı məmura istinadə
16.08.2026 177 Oman sahillərində ekoloji təhlükə: Nəhəng neft ləkəsi açıq dənizə doğru hərəkət edir
Omanın Ras-Madraka burnu ərazisində "Caroline Bezengi" tankerindən neft sızması nəticəsində çirklənən sahil xəttinin uzunluğu təxminən 12 km təşkil edib. xəbər verir ki, bu barədə Oman Sultanlığının Ətraf Mühitin Mühafizəsi İdarəsi məlumat yayıb. "Son sahə məlumatları göstərir ki, Ras-Madrak
16.08.2026 115 16 yaşlı qız hamilə qaldı, anası cərimələndi
Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib. yerli mediaya istinadən xəbər verir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaət
16.08.2026 210 Niderlandda fermerlərdən hökumətə ETİRAZ: Yüzlərlə traktor küçələrdə
Niderlandda yüzlərlə fermer Hertogenbos şəhərində hökumətin ekoloji siyasətinə qarşı traktorlarla etiraz aksiyasına qatılıb. xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb. Etirazçılar yerli administrasiya binasının qarşısına toplaşaraq hökumətin beş quşçuluq təsərrüfatının lisenziyalarını ləğ
16.08.2026 168 Türkiyədə gənənin dişlədiyi polis öldü
Türkiyənin Tokat vilayətinin Zilə rayonunda çalışan 48 yaşlı polis əməkdaşı A.K. gənə dişləməsindən sonra xəstəxanada həyatını itirib. -ın yerli mediaya istinadən məlumatına görə, polis əməkdaşı üç gün əvvəl yüksək hərarət şikayəti ilə Zilə Dövlət Xəstəxanasına müraciət edib. İlkin müayinədən sonra o
16.08.2026 210 Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb
Çin avqustun 14-dən etibarən Hindistandan təkrejimli optik lif (təxminən 9 mikrometrlik çox incə nüvəyə malik optik lif növü - red.) idxalına daha beş il müddətinə antidempinq rüsumları tətbiq edir. "Report" xəbər verir ki, bu barədə "CCTV+" telekanalı Çin Ticarət Nazirliyinə istinadə
16.08.2026 168 Bitki yağlarında aşkarlanan təhlükəli maddə: Sağlamlıq üçün zərərləri nələrdir? - VİDEO
Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib. Qida eksperti Elsevə
16.08.2026 173