Hər kəsin sevimlisinə çevrilən müəllim niyə işdən çıxdı? - SƏBƏB

Hər kəsin sevimlisinə çevrilən müəllim niyə işdən çıxdı? - SƏBƏBArtıq bir neçə ildir ki, xeyirxahlığı, kreativ dərs keçmə üsulu ilə seçilib sevilən və tez bir zamanda sosial şəbəkə fenomeninə çevrilən 30 yaşlı tarix müəllimi Həbib Əlizadədən xəbər var.

Onun vaxtilə Astaranın Şüvi kəndindən Lənkəranın dağlıq Gəgiran kəndinə uzun yol qət edərək məktəbdə işləməsi, yenilikçi kimi çıxış edərək musiqili və əyləncəli dərs keçməsi, velosipedlə kəndləri gəzərək şagirdlərə maraqlı kitablar paylaması ölkədə böyük marağa səbəb olub. Lakin hazırda Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbində çalışan müəllim ikinci işindən ayrılıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Həbib Əlizadə özünün "Facebook" səhifəsində bildirib.

Hamının sevimlisi olan müəllim qarşılaşdığı haqsızlıqlar barədə yazaraq, işdən çıxma səbəbini belə açıqlayıb:

"Bu gün ikinci iş yeri kimi müvəqqəti işlədiyim Astara 2 nömrəli məktəbdən çıxdım. Əslində yanvara qədər işləyəcəkdim. Bəs niyə indi yekunlaşdırdım?

Deməli, kollektivin içindən bir qrup müəllim müvəqqəti işləməyə gəlsəm belə mənə qarşı sistemli işə başladılar. Əvvəlcə siniflərdə şagirdlərə mənim qeybətimi edib məni gözdən salmağa çalışdılar. Bu istədikləri nəticəni verməyəndə isə başladılar valideynlərin adından istifadə etməyə. Bu da istədikləri effekti vermədi.

Təsəvvür edin ki, qısa müddətdə hər sinif üzrə olimpiada üçün şagird seçib maddi qarşılıqsız olimpiada dərsləri təşkil etdim. Bir çox əlavə fəaliyyətlər etməyə başladım. Son nəticədə bütün məktəb bunlardan xeyir görəcəkdi. Amma nə etdilər? Demək olar ki, hər həftə növbə ilə dərs vaxtlarında sinfə girib dərsdən səs gəldiyini deyib şikayətlənməyə başladılar. Bunu sənədləşdirməyi təklif edəndə isə bundan imtina edirdilər.

Şagirdlərin qısa zamanda mənimlə səmimiyyətini görüb başqa bir yola əl atdılar.

Təəssüf ki, bir qrup şagirdi bu çirkin prosesdə istifadə edib mənə qarşı qaldırmağa belə çalışdılar. Hətta bir neçə şagirdə mənə qarşı ərizə yazdırmağa cəhd də etdilər.

Sonra mənim haqqımda şikayətlənməyə başladılar. Göstərdikləri səbəb həm gülməli, həm təhsilin vəziyyətinin nə qədər ağlamalı olduğunu göstərirdi. Deməli, şikayətdə deyiblər ki, Həbib müəllim şagirdlərə sərbəstlik verir, bu da onlara dərs keçməyə güya imkan vermir.

Bir anlıq özümün sanki 100 il geriyə qayıtdığımı hiss etdim. Elə bil zaman maşınına minib 2 nömrəliyə getmişdim. Əslində, bu şikayətlər onların niyə bu qədər narahat olduğunu açıq-aydın ortaya qoymağa yetirdi və artırdı da. Qurduqları avtoritar sistem öz təsirini itirməyə başlamışdı. Ona görə də "Ümumi məqsəd" üçün çalışırdılar. Və bütün bunların başında illərdir məktəbdə"kök" salmış səlahiyyətli şəxslərindən biri dururdu.

Təbii ki, bunları bütün kollektivə aid etmək olmaz, hörmət edənləri də çox gördüm. Amma təşkilatlanmış bir qrupa sanki hamı tamaşa edirdi.

Bütün bu proseslər bu şəkildə davam edəndə oturub çoxlu analiz apardım. Gördüm ki, hədsiz işlərimin içində bu tiplərlə məşğul olmağa dəymir. Çünki cəmi 2 aydan sonra onsuz da bura ilə sağollaşacağam.

Öz yenilikçi, təşəbbüskar həmkarına qarşı bu qədər sistemli və təşkilatlanmış şəkildə hörmətsizlik edənlərin arasında daha 2 ay işləməyə dəyməzdi. Vaxtından tez gedib belələrinin çirkabına bulaşmamaq və bunları öz çirkabıyla baş-başa buraxmaq lazım idi. Elə də etdim. Qalmaqal olmaması üçün vaxtından tez sağollaşdım.

O məktəbdə isə bu "qrup"un qarşısı alınmayınca heç bir keyfiyyətli iş görmək mümkün olmayacaq və bu məsələ tək mənimlə də məhdudlaşmır.

Ora təzə təyin olunan və fəaliyyətlərimə də müsbət yanaşan direktora bu gün ərizəni təqdim etdim. Direktora dedim ki, cəmi 2 ayda burada maksimum şəffaf işləməyə cəhd etdiyini gördüm. Ona görə də ona sadəcə səbir və dözüm arzu edirəm. Orada vicdanla çalışan müəllimlərə də bol səbir diləyirəm.

Amma kənardan ora baxıb övladlarınıza necə tip adamların müəllimlik etdiyini gördükdə insan sadəcə təəssüflənir. Bu həm də təhsilin düşdüyü vəziyyətin və onun xilasına çalışanların vəziyyətinin müqayisəli xülasəsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3263   Tarix: 30 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 318
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 245
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.