DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT"Nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bunu hamı bilməlidir!"

Bunu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir:

"Çünki hamımız bu sistemin bir parçasıyıq, bir hissəmiz sürücü, digərlərimiz piyada, sərnişin və sair anlayışlarda hərəkətin iştirakçısıyıq. Sürücü üçün isə "Yol hərəkəti haqqında" qanununda digərlərindən fərqli olaraq, daha ciddi məsuliyyətlər müəyyən edib. Cəmiyyətin baş vermiş yol-nəqliyyat hadisələrinə münasibətdə "niyə bizdə sürücülər daha çox təqsirlidir" sualının da açıq cavabı "Yol hərəkəti haqqında" qanunun 36 və 37-ci maddələrinə baxsaq, təfsilatı ilə başa düşəcəyik. Qanunda sürücüdən baş verən yol-nəqliyyat hadisəsindən yayınmaq üçün maksimum imkanlarını səfərbər edib yayınmalıdır kimi tələbinin olması sonrakı istintaq proseslərində bir çox sualların cavablandırılmasını tələb edir. Çünki bu tələb daha sonra hadisənin nəticəsindən (yəni xəsarətin az ağır və ya ağır dərəcəsi, eləcə də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində başlanılan cinayət işlərində) asılı olaraq prosessual şəxsin əsas suallardan birinə çevrilir.

Baş vermiş hadisənin səbəb-nəticə əlaqəsi müəyyən edildikdə, "Yol hərəkəti haqqında" qanunun hansı tələbinin pozulması mütləq öyrənilir və sübutların qiymətləndirilməsində bu məsələ həlledici rol oynayır. Məsələni daha aydın formada mahiyyəti üzrə bilmək üçün belə izah edək. Deyək ki, sürücü baş verə biləcək hadisəyə adekvat reaksiya verdi və vaxtında "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərəkət etdi və beləliklə də hadisənin qarşısını almaq üçün bütün lazımi zəruri addımları atdı, lakin hadisənin qarşısını misal üçün əyləc sistemindəki nasazlıq ucbatından ala bilmədi. Səbəb kimi isə avtomobilinə avto-texniki ekspertizanın rəyi ilə texniki nasazlığın olması kimi ciddi sübutu təsdiq edən rəyin əlavə edilməsi oldu. Bu zaman sürücünün məsuliyyətsizliyi isə artıq "Yol hərəkəti Haqqında" qanunun 1 sayılı əlavəsində göstərilən nasazlıqların siyahısı üzrə müəyyən edilir. Sürücünün vaxtında aradan qaldırılmadığı texniki problemlərə görə məsuliyyət daşıyacağını isə bəzi sürücülərimiz hələ də mahiyyəti üzrə qiymətləndirmir. Bizim mütəmadi şəkildə etdiyimiz çağırışlara etinasızlıq edən, DYP əməkdaşları tərəfindən aşkarlanan nöqsanlara müxtəlif bəhanələr gətirməklə qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışanlara da xidmət zamanı ara-sıra rast gəlirik və bu reallığı onlara elə yolda da izah edirik".

"Bir sözlə hər bir sürücü bilməlidir ki, nasaz avtomobillə törədilən qəza onu hər bir halda haqsız vəziyyətə salacaq. Buna görə də bütün sürücülər nəzər almalıdır ki, nasaz avtomobil ən diqqətli və səriştəli sürücünü belə cinayət məsuliyyətinə cəlb etdirə bilər. Bu, sadə reallığı isə bilmək birmənalı şəkildə faydalıdır!

Yol hərəkəti təhlükəsizliyi məsələləri hər bir kəsin maraq dairəsindədir. Fürsətdən istifadə edib qış fəslinin texniki tələblərini nəzərə alıb mövsümi hazırlıqları, eləcə də avtomobilə gündəlik texniki qulluq etmək kimi ciddi məsuliyyətli tələbi diqqətdən kənar saxlamamağı da xahiş edirik. Taleyimizi dəyişdirə biləcək yanlışları qəzalardan öncə inzibati xəta kimi aşkarlayan Dövlət Yol Polisi əməkdaşlarına bəzən yersiz aqressiya göstərmək əvəzinə qanun və qaydaların mahiyyətini dərk etməklə, gələcəkdə daha ağır məsuliyyətlərdən sığortalanmaq üçün əməl etməyi də vacib hesab edirik. Bir çox hallarda cərimə ödəməklə şəxs məsuliyyət hissini dərk edir və eyni növ xətanı etməməklə şüurlu şəkildə seçimini edir. Bəzən isə cərimə ödəmək belə insana qismət olmur. Hər kəsdən xahiş edirik ki, yollarda özümüzü və ətrafımızdakıları qorumaq üçün məsuliyyət hissini unutmayaq!", - deyə o vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 30 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

10:58 260
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 318
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 295
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

17:22 125
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 226
.

İki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi

8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind

12:11 253
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11:54 245
.

Xankəndidən səslənən Zəfər mesajı

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni

10:40 192
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 263
.