Əfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTO

Əfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTO1985-ci ildə "National Geographic" jurnalının üz qabığında əks olunan fotosu ilə məşhurlaşan Əfqanıstanın "Yaşıl gözlü qızı" (Şərbət Qula) ölkəsindən çıxa bilib. O, Əfqanıstan qaçqınlarına yardım və inteqrasiya proqramı çərçivəsində İtaliyaya gətirilib.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun köçürülməsini təşkil edən Kici hökumət sarayının mətbuat xidməti məlumat yayıb.

"Vətəndaş cəmiyyəti və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin avqust hadisələrindən sonra Şərbət Qulaya ölkədən getməsinə kömək etmək üçün müraciətlərindən sonra İtaliya Nazirlər Şurası Əfqanıstan vətəndaşlarının təxliyəsi, hökumətin onların qəbulu və inteqrasiyası planı proqramı çərçivəsində onun Romaya daşınmasının təşkilini öz üzərinə götürüb", - deyə Sarayın bəyanatında bildirilib.

Hazırda Şərbət Qulanın təxminən 50 yaşı var. Fotojurnalist Stiv Makkarri 1984-cü ildə Əfqanıstan-Pakistan sərhədində qaçqın düşərgəsində onun şəklini çəkəndə o, kəndinə basqından sonra yetim qalmış 12 yaşlı yeniyetmə idi. "Yaşıl gözlü qız"ın portreti bir il sonra "National Geographic" jurnalında dərc olundu və dərhal bütöv bir xalqın iztirablarının, daha sonra isə ümumilikdə qaçqınlar probleminin simvoluna çevrildi.

Daha sonra Əfqanıstana qayıdan, ailə quran və dörd qız övladı (biri öldü) dünyaya gətirən Şərbətin özü dünya şöhrəti qazandığını bilməyib. Makkari 17 ildən sonra adını bilmədiyi qəhrəmanının izinə düşməyə qərar verib. 2002-ci ildə onu taparaq yenidən şəklini çəkdi.

Həm birinci, həm də ikinci fotoşəkil dünyanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş etdirilib.

2012-ci ildə məşhur jurnal öz arxivindən fotoşəkilləri və rəsmləri ilk dəfə hərraca çıxaranda bu şəkil 178,9 min dollara satılıb (təxmini dəyəri dörd dəfə üstələyir).

Şərbət son illərini Pakistanda keçirib, lakin ölkədə qanunsuz yaşadığı üçün 2016-cı ildə Pakistan məhkəməsinin qərarı ilə oradan qovulub. Kabildə o vaxtkı hakimiyyət Qulanı qəbul edib və onu evlə təmin edəcəyinə söz verib.

Lakin NATO hərbi kontingentinin Əfqanıstandan çıxarılmasından və "Taliban" hərəkatının nümayəndələrinin hakimiyyətə gəlməsindən sonra aclıqdan ölmək ərəfəsində olan minlərlə əfqan kimi o da ölkəni tərk etmək məcburiyyətində qalıb.

Əfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTOƏfqanıstanın "Yaşıl gözlü qızı" da taliblərdən qaçaraq İtaliyaya sığındı – FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2264   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 299
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 715
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 457
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 333
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 306
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

10:52 122
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 327
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1068
.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 247
.