Gözdəki qızartılar üçün nə etmək olar?
Bədəndəki ən həssas orqanlardan biri gözdür. Gərgin keçən iş günü, telefon və ya kompüter qarşısında uzun vaxt keçirmək, yuxusuzluq gözlərin qızarmasına, şişməsinə, ağrımasına və yaşarmasına səbəb olur.
Axşam.az xəbər verir ki, gözün qızarması damarların genişlənməsi nəticəsində yaranır. Mütəxəssislərin sözlərinə görə, vaxtında müalicə olunmayan infeksiya gözün daxili təbəqələrinə yayılaraq ciddi görmə itkisinə səbəb ola bilər.
Gözün qızarmasına digər amillər də səbəb ola bilər. Məsələn, gözə yad cismin düşməsi, linzalardan istifadə, təzyiqin olması. Qızartı travmadan sonra da başlaya bilər. Göz problemlərində ilk olaraq həkimdən yardım almaq tövsiyə olunur.
Gözün sağlamlığını qorumaq və adi səbəblərdən qaynaqlanan qızartıları aradan qaldırmaq ünün aşağıdakıları edə bilərsiniz.
Göz infeksiyası olan biri ilə təmasda olduqdan sonra əlləri yuyun.
Göz makiyajını silmədən yatmayın.
Alkoqol və siqaret istifadəsi də göz qızarmasına səbəb olur. Onları istehlak etməmək və ya istehlakını azaltmaq göz qızartılarını aradan qaldırmağa kömək edəcəkdir.
Əgər kompüterdən saatlarla istifadə etməli olursunuzsa, müəyyən aralıqlarla gözlərin istirahət etməsinə vaxt ayırın.
Göz qızartısına nələr yaxşı gəlir?
- Bir stəkan suya bir çay qaşığı şüyüd toxumu əlavə edib 15 dəqiqə qaynadın. Bir az soyuduqdan sonra suya pambıq batırıb, 15 dəqiqə göz qapağının üstündə saxlayın.
- Buzu dəsmalın içinə qoyub bir müddət gözlərinizin üstündə saxlaya bilərsiniz.
- İstifadə olunmuş çobanyastığı və yaşıl çay paketlərini də bu cür istifadə etmək mümkündür.
- Alma, xiyar və kartofun da sakitləşdirici xüsusiyyətləri var. Dilimlənmiş xiyarı 10 və ya 15 dəqiqə gözlərdə saxlayın. Eyni prosesi alma və kartofla da etmək olar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2132 Tarix: 29 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Uşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Xankəndidən səslənən Zəfər mesajı
8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni
10:40 192 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 227 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 318 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 300 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
18:30 1