"Peyvənd sertifikatı"nın müddəti nə qədərdir? - 3-cü doza vurulmasa, sənəd qüvvədən düşür?

"Peyvənd sertifikatı"nın müddəti nə qədərdir? - 3-cü doza vurulmasa, sənəd qüvvədən düşür?Hazırda Azərbaycanda "Peyvənd sertifikatı"nın etibarlılıq dövrü müddətsizdir.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi və TƏBİB-dən bildirilib.

Bildirilib ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

Buster (3-cü doza) dozanın isə 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) vurulması tövsiyə olunur.

Koronavirusun yeni ştammlarının yaranması isə buster dozanın əhəmiyyətini daha da artırır.

Mütəxəssislər belə hesab edir ki, virus dəyişmir, sadəcə olaraq, mutasiyaya uğrayır. Mutasiya nəticəsində isə fərqli ştamlar yaranır. Orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq üçün "buster" doza vacibdir. "Buster" doza qüvvətləndirici hesab edilir və koronavirusa qarşı yaranmış anticisimlərin uzunömürlü olmasını təmin edir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə bu ilin yanvarın 18-dən başlanılıb. Hazırda ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863-dür. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 nəfər təşkil edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2097   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qoca kişi yataq xəstəsi olan arvadını öldürdü

Türkiyədə qoca kişi yataq xəstəsi olan 68 yaşlı arvadı A. C-ni bıçaqlayaraq öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Mardin bölgəsinin Nusaybin rayonunda qeydə alınıb. S.C. ilə yataq xəstəsi olan həyat yoldaşı A.C arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonr

16.08.2026 210
.

Günəş vannası qəbul edən gənc qadının dərisi qaraldı: Ölümcül xəstəliyin əlaməti imiş

29 yaşlı britaniyalı Porru Qay dərisinin qeyri-adi şəkildə qaraldığını görüb. Sonradan məlum olub ki, bu, ciddi xəstəliyin əlaməti imiş. xəbər verir ki, gənc qadının başına gələn hadisə barədə "Daily Mirror" nəşri yazıb. Məlumata görə, Porru Qay ailəsi ilə birlikdə İspaniyada istirahətdə olarkə

16.08.2026 181
.

Faciəvi şəkildə ölən 19 yaşlı Rəvanənin MEYİTİ TAPILDI

Beyləqanda Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, kanalda batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır. Axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kənd

16.08.2026 234
.

Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb

Çin avqustun 14-dən etibarən Hindistandan təkrejimli optik lif (təxminən 9 mikrometrlik çox incə nüvəyə malik optik lif növü - red.) idxalına daha beş il müddətinə antidempinq rüsumları tətbiq edir. "Report" xəbər verir ki, bu barədə "CCTV+" telekanalı Çin Ticarət Nazirliyinə istinadə

16.08.2026 168
.

Oman sahillərində ekoloji təhlükə: Nəhəng neft ləkəsi açıq dənizə doğru hərəkət edir

Omanın Ras-Madraka burnu ərazisində "Caroline Bezengi" tankerindən neft sızması nəticəsində çirklənən sahil xəttinin uzunluğu təxminən 12 km təşkil edib. xəbər verir ki, bu barədə Oman Sultanlığının Ətraf Mühitin Mühafizəsi İdarəsi məlumat yayıb. "Son sahə məlumatları göstərir ki, Ras-Madrak

16.08.2026 115
.

Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu

Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan

16.08.2026 174
.

Nyu-Yorkda şirkət rəhbərinin qətlində təqsirləndirilən şəxs günahını etiraf etdi

ABŞ-nin ən böyük tibbi sığorta şirkətlərindən biri olan "UnitedHealthcare" şirkətinin rəhbəri Brayan Tompsonu Nyu-York şəhərində qətlə yetirməkdə ittiham olunan Luici Mancone təqsirini etiraf edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Mancone məhkəmədə Tompson

16.08.2026 185
.

ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir

Donald Tramp administrasiyası Kubaya qarşı strategiyasını ölkə rəhbərliyini dəyişdirmək üçün hərbi gücdən istifadə etmək əvəzinə, sanksiyaların artırılmasına və iqtisadi təzyiqə yönəldib. "Report"un "Bloomberg" agentliyinə istinadən məlumatına görə, Vaşinqton əvvəllər ABŞ-nin dəyişikli

16.08.2026 160
.

Meqan Markla qarşı CİDDİ İTTİHAM: "Kral ailəsi ilə pul naminə barışır"

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoginyası, aktrisa Meqan Markl Britaniya Kralı II Çarlzla münasibətləri pul naminə bərpa etməkdə ittiham olunub. .uk-a istinadən xəbər verir ki, bu fikri Britaniya kral ailəsi üzrə ekspert və bioqraf Angela Levin səsləndirib. O, Meqanın hərəkətlərind

16.08.2026 158
.

TOP MP3