Almaniyada yaşayan tanınmış azərbaycanlı alim "Omikron" ştammın təhlükəsindən danışıb
"İlk olaraq bir elm adamı kimi yeni B11529 virus variantının yayılmasını nəzərə alaraq Azərbaycan üçün ciddi yeni strategiya düşünməyin zamanı olduğunu qeyd edirəm. Bunu həm də bugünə qədər bütün atılan addımlardan xəbərdar olan və boşluqların harda olduğunu bilən birisi kimi də deyirəm".
Bunu APA-ya açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
O, yeni virus variantının – "B11529"-nin Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi nomenklaturaya əsasən adının "Omikron" olduğunu diqqətə çatdırıb: "Bu cür mutasiyaların əsas yaranma səbəblərindən biri də daha öncələr xəstələnmiş insanların virusa yenidən yoluxmasıdır ki, bu da öz növbəsində immunitetin virusla mübarizəsi zamanı sonuncunun dəyişikliklərinə səbəb olur. "Omikron"un yoluxma zamanı daha ağır xəstəliyə səbəb olması və yayılma əmsalı barədə bu gün hələ ki, elmi tərəfdən istinad ediləsi heç bir tədqiqat yoxdur. Amma virusun sürətlə yayılması barədə artıq kifayət qədər praktik sübutlar var və bu istiqamətdə önümüzdəki günlərdə dəqiq statistik rəqəmləri görəcəyik".
O, hazırda mövcud olan effektiv peyvəndlərin "Omikron"a qarşı effektivliklərini itirə biləcəklərini qeyd edib: "Amma bu o demək deyil ki, onlar tamamilə effektsiz olacaqlar. Bir şeyi də unutmaq olmaz ki, bu gün ən yüksək effektivlik göstərən peyvəndlərin "Omikron"a qarşı da eyni effektivliyini təmin etmək üçün təxminən 3 ay zaman lazımdır".
N.Abdullayev epidemioloji cəhətdən "Omikron"un yayıldığı indiki zamanda müəyyən daxili qapanmaların tətbiqi və Azərbaycana hava yolu ilə olan səyahətlərə məhdudiyyətin qoyulmasının mümkün ola biləcəyini istisna etməyib: "Çünki bu gün mətbuatda virusun Cənubi Afrikadan gəlməsi heç də onun mütləq orada yaranması demək deyil. Artıq Belçika və Hollandiyada yeni virus variantının olması rəsmən təsdiqlənir. Almaniyada isə artıq son analizlərdən sonra "Omikron"un olduğu rəsmən təsdiqlənəcək. Son olaraq isə bir daha onu deyə bilərəm ki, dişlərinə qədər silahlanmış yeni virus variantına qarşı ciddi strategiya Azərbaycanda mütləq elmi əsaslı olmalıdır, əks halda xeyli yeni problemlərlə qarşılaşa bilərik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1456 Tarix: 28 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq bağçaya getmək istəmirsə... valideynlər bunları etməlidir
Səhərlər uşaq bağçasının qapısı qarşısında ağlayan uşaqlarla bir çox valideyn qarşılaşır. Uşaq anasının və ya atasının əlindən yapışaraq evdə qalmaq istəyir. Əksər hallarda bu davranış şıltaqlıq deyil, yeni mühitə uyğunlaşma prosesinin bir hissəsidir. Adətən uyğunlaşma iki-dörd həftə davam edir. xaric
18:45 0 Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər
Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad
11:48 236 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 215 Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
10:40 264 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
12:14 227 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
10:58 260 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 357 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 269 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 250