Bu cümlə qadınları depressiyaya sala bilər
Məni narahat edən bir mövzudan yazmaq istəyirəm.
İstər televizor, istər sosial media, istərsə də gündəlik həyatımızda ətrafda olan insanların daim qadınlara aşılamaq istədiyi bir fikir var: "Sən güclüsən, sən bacararsan!"
Əvvəlcə mənə normal gəlirdi. Düşünürdüm ki, bunu qadınları həvəsləndirmək, onlara dəstək olmaq üçün edirlər, lakin bir müddətdən sonra məsələyə başqa tərəfdən baxmağa başladım.
Yuxarıda qeyd etdiyim şüarlar qadınlara onu diktə edir ki, sən həm iş qadını olub işləməlisən, həm övladlarının anası olub onların hər cür tələbatını yerinə yetirməlisən, həm də ev işlərinin öhdəsindən gəlməlisən. Sanki bir növ buna məcbursan, dövr bunu tələb edir. Halbuki bu fikirlər çox yalnışdır.
Hərtərəfli olmayan, sadaladıqlarımdan hər hansı birinə sahib olmayan qadının hamısına sahib olan qadınlara necə həsədlə baxdığının şahidiyəm.
Çox uzağa getmədən, sosial şəbəkələrdə güclü qadınlar haqqında yazılan rəylərdə belə qadınları görə bilərsiniz. Düşünmürəm ki, həmin qadınlar bu rəyləri pis niyətlə yazsınlar, çünki onlara göstərilən və aşılanan "mükəmməl, ideal qadın" imicinə heç zaman sahib ola bilməyəcəklər. Bu səbəbdən depresiyaya düşüb, özünü "bəxtsiz" adlandıran qadınlar az deyil.
Ona görə də hesab edirəm ki, bir qadına "sən hər şeyi bacararsan, güclüsən" demək əvəzinə, "özünü necə xoşbəxt hiss edirsənsə, elə də yaşa, hər şeyi çatdırmaq məcburiyyətində deyilsən, sadəcə bacardığını mümkün qədər mükəmməl şəkildə etməyə çalış" cümlələri deyilsə, həmin qadın daha çox özü ilə barışıqda olub, daha çox özünə güvənəcək. Əks təqdirdə yorğun, həyatdan bezmiş, çiyinlərindəki ağır yüklərlə baş çıxarmağa çalışan, bunu edə bilmədikdə ruhən parçalanmış qadınlar görəcəksiniz. Unutmayaq ki, güclü insan heç vaxt yıxılmayan biri deyil, hər yıxıldıqda yenidən ayağa qalxa bilən kəsdir.
Bir də ki, məncə, qadınları güclü etməyə çalışmaqdansa, xoşbəxt etməyə çalışaq...
Bəs sizcə?..
Fəridə Mustafaoğlu
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1373 Tarix: 27 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDoğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946