29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLAR

29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLARTürkiyədə daha bir qadın cinayətin qurbanı olub.

BiG.AZ bildirir ki, iyun ayında qaldığı otelin üçüncü mərtəbəsindən dəmir hasarların üzərinə düşərək dünyasını dəyişən 29 yaşlı tibb bacısı Şəbnəm Kökerin əslində sevgilisi tərəfindən öldürüldüyü bəlli olub.

Belə ki, tibb bacısının sevgilisi Timurçin Bayhanın iki ifadəsində fərqli saatlar deməsi və ziddiyyətli açıqlaması qətl şübhəsini artırıb. Bundan əlavə, hadisənin canlandırılmasından sonra, gənc qadının yıxılma formasına əsasən, onun aşağı itələnmiş ola biləcəyi anlaşılıb.

Hadisənin detalları:

İzmirdə xəstəxanaların birində tibb bacısı olaraq işləyən Şəbnəm "İnstagram"da gəmi kapitanı Timurçin Bayhanla (34) tanış olub. Bir müddət dostluq edən Şəbnəm Timurçinlə görüşmək üçün İzmirdən İstanbula gəlib. Sevgililər Kadıköydə yerləşən otelə yerləşiblər. Oteldə ikən, Bayhana həyat yoldaşından zəng gəlib, onun qarşı tərəfə "canım" deyə xitab etməsi tibb bacısını özündən çıxarıb. İkili arasında mübahisə yaranıb və ardınca Köker 7 iyun, gecə 03:00 radələrində üçüncü mərtəbədəki otağın pəncərəsindən aşağı düşüb, beyin qanaması səbəbilə dünyasını dəyişib.

Şahid Timurçin Bayhan isə ilk ifadəsində Kökerin saat 19:00-da otelə geri gəldiyini və telefonunu sahildə düşürdüyünü deyib. Lakin ikinci ifadəsində Kökerin 23:00 radələrində geri döndüyünü bildirib. Onun bu çıxışları, gənc qadının qəsdən öldürüldüyü ilə bağlı şübhələri artırıb.

İstanbul Baş Prokurorluğu isə Kökerin ölümü ilə bağlı istintaqını yekunlaşdırıb. Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə, Kökerin sevgilisi Timuçin Bayhanın "qəsdən adam öldürmə" ittihamı ilə ömürlük həbsi istənilib./Sfera.az

29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLAR29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1758   Tarix: 03 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada ilk: Yalnız qadınlar üçün çimərlik

Dubayda yalnız qadınlar üçün nəzərdə tutulan və sutka ərzində fəaliyyət göstərən dünyanın ilk özəl çimərliyi açılıb. Burada yalnız qadın personal çalışır və gecə çimərliyi üçün xüsusi zona yaradılıb. xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, əmirliyin şimal-şərq hissəsində yerləşən qapal

20.05.2026 288
.

1-ci kurs tələbəsi vəfat etdi

Azərbaycan Dillər Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisəsinin Filologiya fakültəsinin I kurs tələbəsi Hacıyeva Nərgiz İgid qızı faciəvi şəkildə həyatını itirib. Onun ölümünün təfərrüatı barəd

10:31 265
.

Zelenski ailəsi ilə milli geyimdə poza verdi

Ukrayna Prezidenti Vladimir Zelenski milli geyimdə görüntülənib. xəbər verir ki, o, şəkli özünün Telegram kanalında paylaşıb. Zelenski həyat yoldaşı Olena Zelenska ilə birlikdə kamera qarşısına keçib. Ukrayna lideri qara rəngli, naxışlı milli köynək və şalvar geyinib. Olena Zelenska isə yaxası və qollar

11:55 189
.

Ağ ayıda quş qripi aşkarlandı

Norveç hakimiyyəti Avropada ilk dəfə bir ağ ayıda quş qripi virusunun aşkarlandığını açıqlayıb. Hadisə Arktikada yerləşən Svalbard arxipelaqı bölgəsində qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, ölü tapılan təxminən bir yaşlı erkək ağ ayı və bir morjdan götürülən nümunələrdə H5N5 quş qrip

20.05.2026 265
.

Köhnə smartfonunuzu çəkməcədə saxlamayın: TƏHLÜKƏLİDİR

Köhnə smartfon sadəcə çəkməcədə unudulmuş bir cihaz deyil, həm də potensial problemlər mənbəyidir. Bir çox texnologiya həvəskarları üçün köhnə cihazları toplamaq qürur mənbəyidir və onların tez-tez köhnə smartfonlardan ibarət kolleksiyası olur. Digərləri isə köhnə telefonları "birdən lazım olar"

20.05.2026 260
.

6 İllik Fasilədən Sonra Bakı-Tbilisi Qatarı İşə Düşür - İQTİSADÇIDAN AÇIQLAMA

26 may tarixindən etibarən Azərbaycan ilə Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin dəmiryolu nəqliyyatının 6 illik fasilədən sonra yenidən bərpa olunacağı açıqlanıb. Məlumata görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən qatar reysləri gündəlik həyata keçiriləcək və bu addı

12:18 194
.

İranda da zəlzələ oldu

İranın cənubunda 4,7 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 14 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Hörmüzqan əyalətinin bəzi bölgələrində hiss olunub

20.05.2026 247
.

Bu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar

Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun "7A nömrəli, 1948" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb. "Qafqazinfo" xəbər verir ki, "Christie's" tərəfində

20.05.2026 317
.

"Bəzi azərbaycanlılar üçün sosial şəbəkədə "abır" qalmayıb"

Müğənni Nadir Qafarzadə bəzi sosial media istifadəçilərini sərt tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yayımladığı videoda danışıb. O, sosial mediadan istifadə edən şəxslərin çoxunun etik normalara riayət etmədiyini vurğulayıb:. "Hazırda Moskvadayam. Hava da istidir

20.05.2026 252
.

TOP MP3