Türkiyə və Azərbaycan dostluğu sarsılmazdır

Türkiyə və Azərbaycan dostluğu sarsılmazdırPrezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu müharibə günlərində xalqımız qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini gördü, güclü dəstəyini hiss etdi.
Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri mühüm əhəmiyyətə malikdir. Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın ən bariz nümunəsidir.
Bütün bunlar, həm də Ermənistanın havadarlarına siyasi baxımdan mesaj idi. Təcavüzkar ölkə və onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf etməkdədir.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, eləcə də Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda "Dost Aqropark"ın təməli qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq: "Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq".

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1249   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 245
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11.11.2026 0
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11.11.2026 318
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 262
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 341
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 205
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 2
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 292
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 125
.