Nəvəsinin toyundan çıxıb avtobusda ölən Xalq artisi
Bu gün Xalq artisti Ağaxan Salmanlının anım günüdür.
BiG.AZ Kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.
Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb.
***
Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Ağaxan Salmanov 1978-ci ildə əməkdar artist, 2005-ci ildə Xalq artisti adı alıb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.
Ağaxan Salmanov 1971-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif tədris müəssisələrində aktyorluq sənəti, səhnə danışığı, səhnə texnikası, etika, estetika fənnləri, rejissorluq sənətindən dərs deyib.
***
Ağaxan Salmanlı "Romeo və Cülyetta", "Yuxulama", "Məhəbbət bir bəladır", "Pul dəlisi", "Ovod", "Tamahkar", "Danabaş kəndinin məktəbi", "Nənənin kələyi", "Oliver Tvistin macəraları", "Buzovna kəndinin əhvalatları", "Əlincə qalası" tamaşalarda maraqlı obrazlar yaradıb.
Aktyor 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Aktyorluqla yanaşı Ağaxan Salmanlı həm də rejissor kimi fəaliyyət göstərib. Əsasən uşaq tamaşaları hazırlayan aktyor son illər ona tamaşa və rol verilməməsindən şikayətçi olub. Müsahibələrinin birində o, deyir: "Mənə yeni tamaşa verilmir. Amma 3 tamaşam - "Dovşanın ad günü", "İncəbel qarı" və "Tıq-tıq xanım" repertuardadır. Başqa tamaşalarımı çıxardılar ki, bunların formatı yeni dövrün formatına uyğun gəlmir. İki ildə "Şeyx Sənan"da Şeyx Kəbir və "Oliver Tvistin macəraları"nda Fecin rolunda iştirak etmişəm. 20-dən artıq tamaşa hazırlanıb, mən cəmi ikisində rol almışam. Rejissor kimi də tamaşalar verilmir. Çünki mən ştatda aktyoram, rejissor yox. Məni bir az küncə sıxıblar ki, onlara mane oluram. 1965-ci ildən Bədii Şuranın üzvü olmuşam. Ötən il isə məni Bədii Şuradan çıxardılar ki, "bəsdir oturdun burda, qoy, indi də gənclər otursun".
Aktyor 28 nəvəsinin toyunda iştirak edib, şənlənib. 29 fevral 2020-ci ildə səhər saatlarında avtobusda yol gedərkən qəfildən dünyasını dəyişib. Suraxanı qəbiristanlığında dəfn olunub.
Xalq artistinin oğlu Mətin atasının qəfil ölümü haqqında deyir:
"Atam gecə qızımın toyunda dedi, güldü, oynadı. Səhər danışdıq, dedi, sizə gəlirəm, oradan da teatra gedəcəm. Sürücü zəng elədi ki, kişi özündən getdi. 10 gün əvvəl iflic olmuşdu, amma sağaldı. Yaxşı idi, ölümünü gözləmirdik. Gecə ürəyinə damıbmış ölümü, vəsiyyət etdi ki, nəticəm olsa, adını özün qoy".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5300 Tarix: 29 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137