Yolu kəsən qazilər polis bölməsində döyülüb? - Rəsmi açıqlama
Oktyabrın 26-sı Ziya Bünyadov prospektində yolu kəsən qazilər bu gün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunublar. Qazilər polis bölməsində onlara qarşı kobud davranıldığını iddia ediblər.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya iddialarla bağlı açıqlama verib. Bildirib ki, qazilər məsələnin araşdırılması və profilaktik söhbət aparılması üçün bölməyə dəvət olunublar: "Bir qrup şəxs Ziya Bünyadov prospektində yerləşən "Azərenerji" ASC-yə məxsus yüksək gərginlikli xəttin mühafizə zonasının darvazasını sındıraraq orada qanunsuz tikinti aparmağa cəhd edib. Polis əməkdaşları tərəfindən onların bu əməlinin qarşısı alınıb. Bu gün həmin şəxslər məsələnin araşdırılması və profilaktik söhbət aparılması, belə hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq olunması üçün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə dəvət olunublar.
Onlar özləri ilə əvvəlcədən çağırdıqları dırnaqarası jurnalistlərlə birgə bölməyə gəliblər. Həmin şəxslər Polis Bölməsində qazi adına, Vətən müharibəsi iştirakçıları adına yaraşmayan, o müqəddəs adlara xələl gətirən hərəkətlər ediblər.
Biri guya ürəyi gedib yerə yıxılıb, digəri başını tutub oturub. Bu cür hərəkətlərlə əsassız hay-küy yaradaraq dırnaqarası jurnalistlərə müsahibə verərək iddia ediblər ki, guya polislər onları döyüblər. Halbuki polis bölməsində onlara heç barmaqla da toxunan olmayıb, onlara qarşı heç ağır ifadə də işlədilməyib".
E.Zahidovun sözlərinə görə, həmin ərazidəki torpaq sahəsinin o şəxslərə heç bir aidiyyəti yoxdur: "Ora mühafizə zonasıdır və həmin ərazidə tikinti aparmağa qanun icazə vermir. Həmin şəxslərin əsassız hay-küylərinə baxmayaraq, araşdırmalar davam edir. Bir daha bildirmək istəyirik ki, qazilərimiz bizim hər birimizin fəxridir, onların hər birinin probleminin həllinə kömək etmək bizim borcumuzdur. Amma qanunlara riayət etmək hər bir vətəndaşın borcudur. Ona görə də çağırış edirik ki, müqəddəs qazi adının, müqəddəs şəhidlərin ruhuna xələl gətirən belə hərəkətlərdən çəkinsinlər".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1902 Tarix: 28 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi
Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar
11:31 173 "Faytonçu Nazim"in səhhəti necədir?
"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm". Bunu Qaynarinfo-ya açıqlamasında müğənni "Faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də "Fayton-latiNos music bond"un bir yaşının olacağını bildirib:. "Neçə aydır qala gecəsin
14:17 251 DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı
DSX-nin şəhid hərbi qulluqçuları və mülki işçisi "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında v
12:57 232 İrpenin fəxri vətəndaşı - Azərbaycanın güclü diplomatiyasının növbəti təzahürü
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ukraynanın İrpen şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və həyata keçirdiyi fəal diplomatik siyasətin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Bu hadisə Azərbaycan ilə Ukrayn
13:44 148 "Hələ çox illəri deyə-gülə yola salacağıq"
Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında Tural Əsədovla fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib: . "Nə qədər ki, gülməyə zarafatımız, danışmağa söhbətimiz, qırmağa qeybətimiz, kövrəlməyə səmimiyyətimi
12:02 283 Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
22:15 1 Qarabağda Böyük Qayıdış: Qarşıda duran böyük məqsədlər
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bu proses dövlə
12:30 170 ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar
Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind
17:06 197 Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA
İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri
15:31 178