Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdı

Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdıBakıda zorlamada ittiham olunaraq həbs olunan şəxsə Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət verilib.

BiG.AZ xəbər verir ki, "oxu.az" həmin cinayət işi ilə bağlı istintaq və məhkəmə sənədlərinə əsasən məqalə hazırlayıb.

İlqar (ad şərtidir) qabaqcadan əlbir olan bir qrup şəxs halında kirayə yaşadığı mənzildə qıza qarşı zorlamada təqsirləndirilib.

İstintaq materiallarında bildirilib ki, İlqar yaşadığı mənzildə tanış olduğu qızla yeyib-içdikdən sonra ona təcavüz edib.

İbtidai istintaq zamanı iddia olunub ki, İlqarın qabaqcadan əlbir olduğu dostu və xalası oğlu Vahid də (ad şərtidir) qıza təcavüz edib.

Zərərçəkmiş şəxs (qız) ibtidai istintaqın ilkin mərhələsində göstərib ki, İlqar onunla cinsi əlaqədə olduqdan sonra Vahid otağa daxil olub.

Qız bildirib ki, Vahid də onunla cinsi əlaqədə olmaq istəyib, lakin seksual xarakterli hərəkətlər etməklə kifayətlənib.

Lakin həmin qız məhkəmə baxışı zamanı başqa ifadə verib. O, ilkin ifadəsində yalan danışdığını bildirib. Qız qeyd edib ki, İlqarın ona qarşı etdiyi zorakı hərəkətlər nəticəsində psixi sarsıntı keçirib, yorulub əldən düşüb və nəticədə üzü üstə uzanıqlı vəziyyətdə qalıb.

Buna görə də, Vahidin onunla hansı hərəkətlər etdiyini anlaya bilməyib. Bununla belə Vahidin onu zorlamağa cəhd etməsini və seksual xarakterli zorakılıq hərəkətləri etməsini istisna etməyib.

Ancaq istintaq zamanı Vahidin qızı zorlaması sübut edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin Kollegiyası hesab edib ki, aşağı instansiya məhkəmələri qanunvericiliyin tələblərini pozaraq, iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutların təhlilini aparmayıb.

Üstəgəl, bir-biri ilə müqayisələndirməklə ziddiyyətli halları araşdırmayıb. Bununla da, toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən Vahidi məhkum edib.

Qeyd edək ki, Vahid Bakı Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı hökmdən apellyasiya şikayəti verib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilinərək 6 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.

İlqara gəlincə, o ifadəsində bildirib:

"Mən Vahidlə qızı evdə qoyub, pivə almağa getdim. Gəldikdən sonra Vahid mənə araq içmək istədiyini dedi. Gedib araq da aldım və biz üçlükdə yeyib-içdik. Qız pivə ilə arağı qarışdırdı, başının hərləndiyini dedi. Onu yataq otağına keçirdim.

Bir-birimizlə sevişdik. Cinsi əlaqədə olmaq istəyərkən o, mənə bakirə olduğunu dedi və mən əsəbiləşdim. Bunu mənə niyə əvvəllər demədiyini bildirdim.

Bizim mübahisəmiz düşdü, amma ona qarşı heç bir kobudluq etmədim. Səs-küyə Vahid gəldi, aranı sakitləşdirdi. Daha sonra qızı aparıb üz-gözünə su vurdu ki, ayılsın. Qız özünə gəldikdən sonra çıxıb getdi".

Qız apellyasiya icraatı zamanı ifadəsində göstərib ki, o, İlqarı əvvəllər tanıyıb və onunla dost olub. Zərərçəkmiş ifadəsində İlqarın onu zorladığını deyib, Vahidin isə ona nəsə etdiyini xatırlamadığını qeyd edib. Lakin Vahidin onunla cinsi əlaqədə olmadığını dəqiq bildiyini vurğulayıb.

Qızın əvvəllər Vahidə qarşı müxtəlif ifadələr verməsinin səbəbinə gəlincə, o bildirib ki, həmin vəziyyətdə özündə olmayıb.

Vahidin onların otağına daxil olmasından şübhələndiyindən, halsız vəziyyətdə olduğundan və Vahidin onunla cinsi əlaqədə olmasını düşündüyündən ilkin ifadələrində Vahidin də onu zorladığını deyib.

Bakı Apellyasiya Məhkəməsi Vahidə bəraət verib. O, təxminən 3 il həbsdə qaldıqdan sonra məhkəmə iclası zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2368   Tarix: 28 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 1
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 2
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11.11.2026 271
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 125
.

ABŞ tarixində ilk müsəlman senator: Bu, hansı dəyişikliklərin göstəricisidir?

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqətçəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsi olub. 42 yaşlı Demokratlar Partiyasının nümayəndəsi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində senator seçilən ilk müsəlman olub. Ümumiyyətlə, son illərdə ABŞ v

11.11.2026 206
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 259
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11.11.2026 238
.

Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını

11.11.2026 0
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 212
.