Sənaya təcavüzdə ittiham edilən Əsgərin anasından açıqlama
Xalası qızı Sənay Yağmuru zorlamaqda şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin anası Sürəyyə Ağayeva səslənən iddialarla bağlı danışıb.
"Qafqazinfo"ya müraciət edən S.Ağayeva bildirib ki, həmin gün bacısı Zümrüd ona zəng edərək qızı Sənayın çöldə qaldığını, getməyə yeri olmadığını deyib: "Mənə dedi ki, Əsgərə denən evə getsin, Sənay orada qalsın. Həmin vaxt Əsgər layihə yazırdı, Zümrüdə dedim ki, özün zəng elə, danış. Onlar danışıblar, Əsgər də deyib ki, gəlib qalsın. Bizim evin birinci mərtəbəsində ancaq mətbəx yerləşir, ikinci mərtəbədə yataq otaqlarıdır.
Onların şikayətindən sonra da Əsgərlə danışdım. Dedi ki, Sənayla aralarında heç bir yaxınlıq olmayıb. Deyirdi o, mənim bacımdır, bacım olaraq da qalacaq. Səhər də durub gülə-gülə kofe içiblər. Sonra Sənay deyib ki, onlayn konfransa qoşulmalıdır, ardınca da hotelə gedəcəyini deyib. O gedəndən sonra Əsgər ona zəng edərək evdən çıxdığını deyərək gəlib-gəlməyəcəyini soruşub. Qız da hələ işi olduğunu deyib. Bu olanlar ötən il avqustun 24-də olub, Zümrüdgil avqustun 27-də şikayət etdilər".
S. Ağayeva deyir ki, istintaq vaxtı Sənay və Əsgərin telefonundan 3 aylıq zəng və mesaj tarixçələri götürülüb: "Onların arasında bir dəfə də zəngləşmə, mesajlaşma aşkar olunmadı. Polis də, prokurorluq da işi dəfələrlə, uzun müddət araşdırdı. Cinayət olmadığı üçün iki dəfə işə xitam verildi".
Əsgər Ağayevin anasının sözlərinə görə, oğlu da ona böhtan atıldığını deyir: "Məndən soruşurlar ki, bacı bacıya necə şər ata bilər? Deyirəm ki, əgər qız ataya, ana öz ərinə şər atırsa, mənim oğluma niyə şər atmasınlar?"
Xatırladaq ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Əsgər Ağayev Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1790 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589