Piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ
Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyadalara yol verməyən sürücülərə xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin BiG.AZ-a verdiyi məlumata görə, aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur.
O qeyd edib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir: "Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun rəftar etməlidir. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, inzibati məsuliyyət yaradır.
"Sürücülər unutmamalıdır ki, "Yol Hərəkəti Haqqında Qanun" onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün idarəetmədə diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - o, vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 879 Tarix: 27 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA
İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri
15:31 202 Fransa meşə yanğınlarına qarşı ordunu səfərbər edir
Fransada meşə yanğınları ilə mübarizə aparmaq üçün 2 min əsgər ehtiyatda saxlanılır. xəbər verir ki, Fransa Müdafiə Nazirliyinin nümayəndəsi Elis Rufus bu barədə BFMTV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ehtiyatda olan təxminən 2 min əsgər zərurət yaranacağı təqdirdə yanğınların söndürülməs
11:44 160 Ceki Çanın rol aldığı filmin Bakı çəkilişləri başa çatdı
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
18:30 194 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ
Sumqayıtda faciəli hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Abşeron rayon sakini, 1998-ci il təvəllüdlü Yasəmən Rasim qızı Rzayeva yaşadığı binadan yıxılaraq ölüb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır
19:00 214 Qarabağda Böyük Qayıdış: Qarşıda duran böyük məqsədlər
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bu proses dövlə
12:30 173 Bu il 1420 əkiz, 57 üçəm doğulub
Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb
21:00 120 Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. "Xəzər"
23:04 328 Bu meydana Taras Şevçenkonun adı verildi
Bakıdakı meydanlardan birinə Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, bura Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsini
14:52 206 "Faytonçu Nazim"in səhhəti necədir?
"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm". Bunu Qaynarinfo-ya açıqlamasında müğənni "Faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də "Fayton-latiNos music bond"un bir yaşının olacağını bildirib:. "Neçə aydır qala gecəsin
14:17 279