"10 yaşlı yandırılan Nərmin üçün susma" adlı imza kampaniyası başladıldı
Noyabrın 21-i Tovuzun Dondar Quşçu kəndində itkin düşən və yanvarın 6-da axşam saatlarında yaşadığı evin yaxınlığında yandırılmış meyiti tapılan Nərmin Quliyevanın faciəli qətli bütün sosial medialarda böyük səs-küy yaratdı. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs Nərmin üçün susma haştağı ilə postlar paylaşıb, bu cinayəti törədənin tapılıb, ən ağır cəza ilə cəzalandırılmasını tələb etdi.
Big.az xəbər verir ki, Nərminin cinayətinin araşdırılmasında atılan növbəti addım "10 yaşlı yandırılan Nərmin üçün susma" başlığı ilə başladılan imza kampaniyasıdır. Sözügedən kampaniyada yazılanları təqdim edirik:
" Azərbaycanda cinayətlərin sayı artır. Ən sonuncusu, acımasız cinayətlərdən biri, bəlkə də birincisi olan 10 yaşlı Nərmin Quliyeva'nın yandırılması səbr kasamızı daşırdı. Nərmin'i kim yandırıb, niyə yandırıb bilmirik amma, Nərminin qatilinin onun öldüyü şəkildə öldürülərək cəzalanmasını istəyirik. Azərbaycanda edam cəzası bərpa olunmazsa, belə cinayətlərin daha da artacağına heç bir şübhə etmirik. Bakıda öldürülən itlər üçün susmamalı idik amma susduq, yandırılan heyvanlar üçün susmamalı idik amma susduq, Leyla üçün susmamalı idik amma susduq, yoldaşı tərəfindən öldürülən qadınlar üçün susmamalı idik amma susduq, susmamalı olduğumuz o qədər cinayətlər oldu amma susduq. Bu dəfə susmamalıyıq və susmayacayıq da. Cinayətkarların ən ağır şəkildə cəzalanmasını istəyirik. Həbs olunmasını yox, edam edilməsini istəyirik".
Kampaniyada iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq imza qoya bilərsiniz:
www.change.org
Qeyd edək ki, yandırılmış meyiti tapılan Nərmin Quliyeva bu gün dəfn olunub. Cinayəti törədənin kimliyi hələ də məlum deyil. Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4631 Tarix: 08 yanvar 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri
05.10.2026 223 Zəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
05.10.2026 256 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 137 Sabah yağış yağacaq
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər
05.10.2026 190 Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu
05.10.2026 170 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 171 Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"
Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri
05.10.2026 201 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı
"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden
05.10.2026 183