"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.
İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis hiss ediblər.
Hadisə ilə bağlı aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, dönər mövzusu hazırda elə bir həddə çatıb ki, sanki bir trendə çevrilib:

"Bu işdən anlayışı olan da, olmayan da, işsiz qalan hər kəs gedib bir dönərxana açır. Lakin unutmaq olmaz ki, dönər bir qidadır və insanlara təqdim olunur.  Cəmiyyətdə risk qrupuna daxil olan xüsusi kateqoriyalar var: uşaqlar, yaşlılar, hamilə qadınlar, immuniteti zəif olanlar, kimyaterapiya alanlar, mədəsi həssas olanlar və qıda dözümsüzlüyü (intoleransı) yaşayan insanlar. Sahibkarlar bu insanlara bilmədən zəhər yedirdə bilməzlər, bu yolverilməzdir. Əgər bir şəxsin dönər hazırlamaqdan anlayışı yoxdursa, soyuq və isti zəncir qaydalarını bilmirsə, qida təhlükəsizliyi haqqında maariflənməyibsə, dönərxana açmamalıdır. Hər yoldan keçənin dönərxana açması nəticədə kütləvi zəhərlənmələrə gətirib çıxarır".

Müsahibimiz əlavə edib ki, regionlarda və şəhərdə en ucuz ət toyuq əti olduğu üçün daha çox toyuq dönəri satılır:

"Toyuq və ümumiyyətlə qanadlı heyvan əti, yumurta və s. patogen bakteriya daşıyıcısıdır; onların tərkibində Salmonella bakteriyası olur. Bəziləri düşünə bilər ki, "əgər bu bakteriya varsa, biz niyə hər dəfə zəhərlənmirik?" Burada əsas məsələ bakteriya yükünün miqdarıdır. Bakteriya yükü çoxaldıqda zəhərlənmə baş verir. Bu da düzgün daşınma olmadıqda, yəni ət soyuduculu xüsusi maşınlarda (soyuq zəncir qaydalarına uyğun) daşınmadıqda, emal prosesi düzgün getmədikdə, mühit temperaturu nəzərə alınmadıqda və ya mayonez otaq temperaturunda saatlarla saxlanılıb istifadə edildikdə baş verir".

Ağa Salamov əlavə edib ki, bu işi yalnız lazımi biliklərə sahib olan insanlar görməlidir:

"Bəzən işə götürülən dönərçilər şəxsi gigiyenaya heç bir fikir vermirlər. İnsan dərisində yaşayan Staphylococcus bakteriyası var. Aşpaz əlini üzünə, ağzına vurub sonra çörəyə və ya qidaya toxunduqda birbaşa qıda zəhərlənməsinə səbəb olur. İşçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsi, ümumi gigiyena və qıda təhlükəsizliyi qaydalarını bilməsi vacibdir. Sahibkar bu incəlikləri bilməsə belə, orada çalışan dönərçi mütləq bilməlidir. Əks halda qida zəhərlənmələrinin qarşısını almaq mümkün olmayacaq. Bundan əlavə, dönər üçün alınan ətin mənşəyi də bəlli olmalı və haradan alındığı dəqiq bilinməlidir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 136   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 100
.

"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi"

Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib. Axşam.az xəbər verir ki, sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:. "Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zən

12:12 180
.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 130
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 0
.

Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara

12:13 127
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 277
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 141
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 139
.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

14:23 0
.