Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər.
İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərdə turistlərin sayı azalır, hava uzun gəzintilər üçün əlverişli olur, qiymətlər və ümumi atmosfer isə Avropanı fərqli tərəfdən görməyə imkan verir.
Lent.az xarici mediaya istinadən payızda diqqət yetirməyə dəyər yeddi istiqaməti açıqlayıb.
Kopenhagen və Danimarka Rivyerası, Danimarka
Payızda Danimarkanın paytaxtı qızılı rəngə boyanmış ağacların arasında gəzinti, rahat kafelər, çörəkbişirmə məkanları və restoranları ilə xüsusilə cəlbedici görünür. Səyahəti Şimali Zelandiya bölgəsinə səfərlə də zənginləşdirmək mümkündür. Burada Kronborq qalası, meşələr, sahil zonaları və Louisiana Müasir İncəsənət Muzeyi yerləşir.
Vyana, Avstriya
Payız aylarında Vyanada parklarda gəzmək, muzey və qalereyaları ziyarət etmək, məşhur Vyana şnitselinin dadına baxmaq və şəhərdən kənardakı üzüm bağlarına getmək mümkündür. Eyni zamanda şəhər tarixi atmosferi yeni restoranlar, otellər və mədəniyyət məkanları ilə birləşdirir.
San-Sebastyan, İspaniya
Bu şəhər xüsusilə qastronomiya həvəskarları üçün maraqlıdır. Burada Michelin ulduzlu çoxsaylı restoranlar, məşhur pintxoslar və zəngin bar mədəniyyəti var. Payızda havanın mülayim olması sahil boyu uzun gəzintilər üçün əlverişli şərait yaradır. Oktyabr ayında şəhərdə yeni Bask mətbəxinin 50 illiyinə həsr olunan San Sebastián Gastronomika festivalı da keçiriləcək.
Mərkəzi İrlandiya
Payızda bu bölgəyə səyahət mistik ab-havanı sevənlərin xoşuna gələ bilər. Mit qraflığında qədim Kelt ənənələri ilə bağlı tarixi məkanlar yerləşir. Oktyabrın 29-dan noyabrın 1-dək burada Púca festivalı keçirilir. Turistlər həmçinin ölkənin qərbinə - Konnemara sahillərinə, Kler və Mayo qraflıqlarına səfər edə bilərlər.
Paris, Fransa
Payızda Fransanın paytaxtı yay turist axınından sonra daha sakit olur. Bu dövr muzeyləri gəzmək, parklarda vaxt keçirmək və yeni sərgilərlə tanış olmaq üçün əlverişli hesab edilir.
Dolomitlər, İtaliya
Payızda dağların yaşıl rəngləri tədricən qızılı tonlarla əvəzlənir, turistlərin sayı azalır, hava isə hələ də yürüşlər üçün münasib qalır. Dolomitlər xüsusilə oktyabrın ortalarında və ikinci yarısında, qaraşam ağaclarının yarpaqları saralmağa başlayanda daha gözəl görünür.
Umbriya, İtaliya
İtaliyanın bu bölgəsi ölkənin "yaşıl ürəyi" adlandırılır. Payızda burada trüfel və zeytun yığımı aparılır, üzüm yetişir, orta əsr şəhərləri və kəndləri isə xüsusi atmosfer qazanır. Turistlər Assizini, Perucadakı muzeyləri və bölgənin təbiət ərazilərini ziyarət edə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 819 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
00:09 130 Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy
00:15 100 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev
21.11.2026 190 Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21.11.2026 168 Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib
Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində
21.11.2026 174 Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır
Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd
21.11.2026 189 Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş
21.11.2026 120 Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün
21.11.2026 134 Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu
21.11.2026 160