Hakim Ramin Qurbanov İlham Əliyevlə görüşdü - FOTO
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov prezident İlham Əliyev ilə görüşüb.
BiG.AZ xəbər verir ki, görüş dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı zamanı baş tutub.
Qeyd olunub ki, bu il Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Seçkilər quruma üzv 47 dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb və Avropa Şurası tarixində ilk dəfə olaraq bu vəzifəyə Azərbaycan təmsilçisi seçilib.
Bildirilib ki, Avropa Şurasında belə yüksək vəzifəyə seçkilərdə nailiyyətin əldə edilməsində dövlət başçısının uğurlu xarici siyasəti və ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları əhəmiyyətli rol oynayıb.
Xatırladaq ki, bu il dekabrın 4-də Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən prezident vəzifəsinə seçkilər keçirilib. Bu seçkilər Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılıb. Avropa Şurasının Katibliyinin nümayəndələri tərəfindən monitorinq olunan bu seçki prosesi tam şəffaflıq və demokratik şəraitdə həyata keçirilib.
Avropa Şurasının rəsmi saytındakı məlumatlara görə, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olublar.
Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçilib.
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutu sahəsində Avropa Şurasının ixtisaslaşan qurumu kimi yaradılıb və Avropa Şurasının mötəbər qurumlarından olaraq Avropa dövlətlərinə ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, habelə bu sistemlərin Avropa Şurasının norma və standartları səviyyəsinə gətirilməsi sahəsində kömək edir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1365 Tarix: 21 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Odessaya zərbə endirdi, ölən və yaralanan var
Rusiya ordusu pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa şəhərinə zərbələr endirib. "Qafqazinfo" Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə zamanı çimərlikdə olan gənc qadın həlak olub. Daha bir nəfər isə yaralanıb. Hazırda digər yaralıların olub-olmaması ilə bağlı araşdırma aparılı
23.06.2026 128 Tramp İranın nüvə obyektlərinin yoxlanılmasına tam razılıq verdiyini bildirib
İran nüvə proqramı ilə bağlı gələcəkdə uzun illər, hətta sonsuzadək davam edəcək ən yüksək səviyyəli yoxlamalara razılıq verib. APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. "İran gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam və bütövlükd
23.06.2026 175 Litva hökuməti istefa verdi
Baş nazir İnqa Ruginenenin başçılıq etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında bütün hökumət üzvlərinin ortaq razılığı əsasında qəbul edilib. "Bütün çətinliklərə rəğmən, dövlətin və xalqın rifahı naminə gördüyümü
23.06.2026 176 Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə "Report"un Avropa bürosuna Qrononun özü bildirib. "Sabah Bakıya yola düşürəm", - o qeyd edib. M.Qrono səfərin təfərrüatlarını açıqlamayıb
23.06.2026 155 İsrail bu ölkəyə zərbələr ENDİRDİ
İsrail ordusu Livanın cənubuna növbəti aviazərbələrini endirib. xəbər verir ki, hücumlar nəticəsində Nəbatiyyə şəhərindən 4 kilometr cənub-şərqdə yerləşən Kəfar-Tebnit bələdiyyəsi hədəfə alınıb. Yerli mənbələrin məlumatına görə, zərbələr nəticəsində ərazidə ciddi dağıntılar baş verib və yaşayış məntəqəsin
23.06.2026 176 Kupçasız torpaqlar: Vətəndaşların bilməli olduğu hüquqi prosedurlar
"Azərbaycanda sənədsiz torpaq sahələrinin rəsmiləşdirilməsi minlərlə vətəndaşı maraqlandıran məsələlərdən biridir. Mütəxəssislərin sözlərinə görə, belə torpaqların sənədləşdirilməsi üçün ilk növbədə onların hüquqi statusu müəyyən edilməlidir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzr
23.06.2026 247 Lavrov söyüş söydü
Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Ukrayna böhranı" mövzusuna həsr olunmuş 12-ci dəyirmi masa iclasında çıxışı zamanı söyüqş söyüb. xəbər verir ki, "Abzas" nəşrinin məlumatına görə, hadisə Lavrovun Yəməndən olan jurnalisti başqa bir ölkənin media nümayəndəsi ilə səhv salmasında
23.06.2026 214 Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
Filippinin Takloban şəhərində yerləşən San-Xose məktəbində baş verən atışmada yaralananların sayı 20 nəfərə çatıb. xəbər verir ki, bu barədə Filippin mediası məlumat yayıb. Zərərçəkənlərin əksəriyyəti məktəblilərdir. 20 zərərçəkəndən 15-i odlu silahdan açılan atəş nəticəsində yaralanıb, onlardan bir
23.06.2026 176 Azərbaycan biznes mühitində ilk dəfə açıq hava formatında networking festivalı keçiriləcək!
27 iyun 2026-cı il tarixində Omar Atçılıq Mərkəzində ölkədə ilk dəfə olaraq "Biznesin Ritmi" konsepti ilə Comelson Networking Festivalı təşkil olunacaq. Festivalın əsas məqsədi sahibkarları, şirkət rəhbərlərini, investorları, dövlət və özəl sektor nümayəndələrini, müxtəlif sahələr üzrə peşəkarlar
23.06.2026 156